04 İyul 2026 09:29
346
SİYASƏT
A- A+
Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiya siyasətinin yeni idarəetmə mərhələsinə keçdiyini nümayiş etdirir. İclasda müzakirə olunan məsələlər göstərir ki, rəqəmsallaşma artıq yalnız texnoloji yenilənmə deyil, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi rəqabət qabiliyyətinin yüksəldilməsi və insan kapitalının inkişafını əhatə edən kompleks dövlət siyasətinə çevrilib.

Dövlət maraqları baxımından əsas diqqətçəkən məqam vahid idarəetmə modelinin formalaşdırılmasıdır. Rəqəmsal İnkişaf Şurasının yaradılması və fəaliyyətinin Birinci vitse-prezident səviyyəsində koordinasiya olunması müxtəlif dövlət qurumlarının rəqəmsallaşma prosesində fəaliyyətini əlaqələndirən vahid qərarvermə mexanizmi yaradır. Bu isə dövlət resurslarından daha səmərəli istifadə edilməsinə, paralel layihələrin qarşısının alınmasına və strateji hədəflərin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan verir.

Rəqəmsallaşmanın əsas istiqamətlərindən biri dövlət xidmətlərinin vahid platformada birləşdirilməsidir. Ayrı-ayrı qurumların elektron xidmətlərinin “mygov” və “mygov Biznes” platformalarında inteqrasiyası vətəndaş-məmur təmasını minimuma endirməklə yanaşı, şəffaflığın artırılmasına, korrupsiya risklərinin azaldılmasına və xidmətlərin əlçatanlığının genişlənməsinə xidmət edir. Dövlət xidmətlərinin proaktiv formada təqdim olunması, “yalnız bir dəfə” prinsipinin tətbiqi və məlumatların vahid dövlət məlumat hövzəsində toplanması idarəetmənin çevikliyini artırmaqla yanaşı, vətəndaş məmnunluğunu yüksəldən mühüm institusional yenilik kimi qiymətləndirilə bilər.

İqtisadi inkişaf baxımından sənəddə nəzərdə tutulan innovasiya siyasəti Azərbaycanın neftdənkənar iqtisadiyyatının inkişafına yönəlmiş mühüm addım hesab edilə bilər. Vençur kapitalı mexanizmlərinin yaradılması, “Fondlar Fondu” modelinin tətbiqi, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, startapların dövlət satınalmalarında dəstəklənməsi və rəqəmsal iqtisadiyyat üçün yeni hüquqi bazanın formalaşdırılması ölkənin regional innovasiya və texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir. Bu yanaşma həm xarici investisiyaların cəlb edilməsinə, həm də yerli innovasiya ekosisteminin inkişafına əlverişli şərait yaradır.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi isə strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi, virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun qurulması və “Regulatory Sandbox” mexanizminin yaradılması Azərbaycanın bu sahədə qlobal texnoloji trendlərə uyğun inkişaf etdiyini göstərir. Bununla yanaşı, Mehriban Əliyevanın bütün qərarların milli maraqlar əsasında qəbul edilməsinin vacibliyini vurğulaması süni intellekt texnologiyalarının milli təhlükəsizlik və rəqəmsal suverenlik prinsipləri çərçivəsində tətbiq olunacağını göstərir.

Milli təhlükəsizlik kontekstində kibertəhlükəsizlik istiqamətində nəzərdə tutulan islahatlar xüsusi aktuallıq kəsb edir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna keçirilməsi və süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi ölkənin rəqəmsal təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu addımlar Azərbaycanın kiberhücumlara qarşı dayanıqlığını artırmaqla yanaşı, strateji dövlət informasiya resurslarının etibarlı mühafizəsini təmin etməyə yönəlib.

Təhsil sahəsində aparılan rəqəmsallaşma tədbirləri isə uzunmüddətli perspektivdə insan kapitalının inkişafına xidmət edən strateji investisiya kimi qiymətləndirilə bilər. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması və süni intellekt əsaslı tədris metodlarının tətbiqi gələcək əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasına imkan yaradacaq. Bu isə ölkənin innovasiya iqtisadiyyatına keçidini təmin edən əsas amillərdən biridir.

Ümumilikdə, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan yanaşmalar göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı təkcə texnologiyanın tətbiqi kimi deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və insan kapitalının inkişafı ilə uzlaşdırılmış strateji inkişaf modeli kimi həyata keçirir. Bu islahatların ardıcıl və koordinasiyalı şəkildə icrası Azərbaycanın regional rəqəmsal lider mövqeyini gücləndirməklə yanaşı, rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə, beynəlxalq rəqabət qabiliyyətinin artmasına və uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına mühüm töhfə verəcək.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Bilmək istəyirəm

08:55
04 İyul

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

08:50
04 İyul

Uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təhlükəsindən kənarda qalmalıdırlar

08:45
04 İyul

UNEC Zaqatala filialı: 10 il regionun inkişafına xidmət edən ali təhsil ocağı  

08:40
04 İyul

Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmaq lazımdır

08:35
04 İyul

BTC-nin tarixində növbəti mühüm hadisə

08:30
04 İyul

NATO-nun Ankara sammitindən nələr gözlənilir

08:25
04 İyul

"Avropa Komissiyası emosiyalar və saxta siyasi stereotiplərə deyil, strateji maraqlara üstünlük verir"

08:20
04 İyul

Dövləti gücləndirən, həyatı asanlaşdıran rəqəmsal idarəetmə modeli

08:15
04 İyul

Tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxış

08:10
04 İyul

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

08:05
04 İyul

ALTERNATİVSİZ LİDER

08:00
04 İyul

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:05
04 İyul

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:04
04 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:03
04 İyul

Azercell abunəçilərinin nəzərinə

01:02
04 İyul

Çempionlar Liqası: “Sabah” iştirak ərizəsini UEFA-ya təqdim edib

22:36
03 İyul

Dünya Bankı Azərbaycanın yol sektorunda institusional islahatlara dəstəyə hazırdır

20:56
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!