18 İyun 2025 22:55
3164
COP29
A- A+
Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bonn şəhərində keçirilən 62-ci Sessiyası çərçivəsində COP29 Sədrliyinin təşkilatçılığı ilə “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub)Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə bir sıra dövlətlərin yüksəksəviyyəli nümayəndələri, beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları, iqlim fondları, vətəndaş cəmiyyətinin nümayəndələri və gənc liderlər iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdullah Balalaa, İtaliya hökumətinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Françesko Korvaro çıxış edərək, Azərbaycanın COP sədrliyinin təşəbbüsü ilə ötən il təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində vacib platformaya çevrildiyini qeyd ediblər.

Bildirilib ki, Bakı Mərkəzi 30-dan çox ölkə, bir sıra nüfuzlu qlobal təsisat və 300-dən çox beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənir.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Mərkəzin növbəti fəaliyyət mərhələsi olaraq Çad, İraq və Qvineya-Bisauya iqlim və sülh sahəsində beynəlxalq dəstəyi və maliyyə tərəfdaşlığını nəzərdə tutan pilot layihələrin anonsunu verib.

Sonra aparılmış panel müzakirələrində həmin ölkələr tərəfindən layihələr təqdim edilib, onların inkişaf etməkdə olan ölkələrin milli potensialların gücləndirilməsinə töhfələri vurğulanıb, Azərbaycana layihələrin inkişafı sahəsində göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Çıxış edən Almaniya və İngiltərə təmsilçiləri, həmçinin Yaşıl İqlim Fondu, UNEP, UNDP, İslam İnkişaf Bankı (IsDB), Afrika İnkişaf Bankı (AfDB) və digər qurumların nümayəndələri layihələrin icrasına dəstək ifadə edərək onların su qıtlığı, torpaq deqradasiyası və ərzaq təhlükəsizliyi, həmçinin iqlimlə bağlı miqrasiyasının qarşısının alınmasına töhfə verəcəklərini, ümumilikdə planetimizin 500 milyon nəfərdən artıq əhalisinin həyatına müsbət təsir göstərəcəyini qeyd ediblər.

Yekun nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı Mərkəzinin fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü ifadə edib, Azərbaycanın bundan sonra da sülh və iqlim qovşağı sahəsində az inkişaf etmiş ölkələrə dəstək verəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!