15 İyul 2025 16:40
539
CƏMİYYƏT
A- A+
Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

İyulun 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Respublikasının Ali Federal Məhkəməsinin sədri Munder İbrahim Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Baş prokuror Munder İbrahim Hüseyni İraq Ali Federal Məhkəməsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Baş prokuror ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək, müasir dövrdə prokurorluğun cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizədə rolunu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkələrarası təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İraqla mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, təşkilata üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin 2026-cı ildə ölkəmizdə keçiriləcək üçüncü konfransına dair nümayəndə heyətini məlumatlandırıb.

Baş prokuror, həmçinin İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri, Dövlət Prokurorluğunun sədri və Federal Dürüstlük Komitəsinin sədri ilə keçirilmiş ikitərəfli görüşü xatırladaraq, İraqla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Munder İbrahim Hüseyn iki ölkə arasında tarixi dostluq münasibətlərinə toxunaraq xalqlarımız arasında ortaq mədəni və dini köklərin, qədim tarixə əsaslanan sıx əlaqələrin mövcudluğunu qeyd edib.

Bundan başqa, sədr hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı və səmərəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, əlaqələrin möhkəmləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə, həmçinin İraq Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Ban Əli Kazım Əl-Həkim iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!