22 Yanvar 2026 09:16
1766
Təhsil
A- A+
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub  

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub  


Yanvarın 21-də Ankarada Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Yusuf Tekin arasında görüş keçirilib.

AZƏRTAC-la söhbətində Azərbaycanın elm və təhsil naziri bildirib ki, görüşdə qardaş ölkələr arasında təhsil sahəsində, o cümlədən orta və peşə ixtisası təhsili səviyyəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.

Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycanda yeni peşə təhsili müəssisələri yaradılacaq. “Türkiyənin milli təhsil naziri ilə görüş zamanı pedaqoji kadrların hazırlanması, həmçinin peşə təhsili sistemində tədris proqramlarının mübadiləsi və Azərbaycanın tələblərinə uyğunlaşdırılması məsələlərini müzakirə etdik”, – deyə E.Əmrullayev qeyd edib.

Onun sözlərinə görə, müzakirələrin ayrıca bəndlərindən biri də “Böyük Qayıdış” proqramına uyğun olaraq Qarabağ regionunda inşa edilmiş məktəblərin qardaş Türkiyənin təhsil müəssisələri ilə əməkdaşlığının qurulması olub.

Bundan əlavə, səfərin gündəliyinə Azərbaycanın təhsil sisteminə uyğun fəaliyyət göstərəcək məktəbin İstanbulda açılması məsələsi də daxil edilib. “Bu məktəbin açılışı cari ilin sentyabr ayında gözlənilir”, – deyə nazir bildirib və məktəb üçün torpaq sahəsinin Türkiyə hakimiyyəti tərəfindən ayrıldığını xatırladıb.

E.Əmrullayev Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğulayıb. Memoranduma uyğun olaraq artıq növbəti tədris ilindən etibarən Xankəndidə mühəndis ixtisasları üzrə tədris prosesinin başlanması planlaşdırılır. “Memoranduma əsasən müəllim və tələbə mübadiləsi həyata keçiriləcək. Bu razılaşma həm Qarabağ Universiteti, həm də bütövlükdə Azərbaycanın təhsil sistemi üçün müsbət addım olacaq”, – deyə o, əlavə edib.

Nazir həmçinin Ankarada aparılan danışıqların gündəliyində Ankara Universiteti və Hacəttəpə Universiteti kimi aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın dərinləşdirilməsi məsələsinin də yer aldığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

Energetika naziri: Yeni qanunvericilik aktları sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayır

15:11
17 Mart

Yaxın Şərq neftinin qiyməti dünyada ən yüksək həddə çatıb  

15:10
17 Mart

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib  

15:06
17 Mart

Kaya Kallas: Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil  

15:04
17 Mart

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

15:03
17 Mart

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb

14:30
17 Mart

“Neftçi” növbəti dəfə azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

14:28
17 Mart

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

13:52
17 Mart

Mərkəzi Bank: 2025-ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb

13:41
17 Mart

Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir

13:33
17 Mart

San-Marinanın Kapitan-Regenti: Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır  

13:23
17 Mart

Gürcüstan Patriarxı II İlya xəstəxanaya yerləşdirilib

13:01
17 Mart

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Xocavənd kəndində daha 11 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!