16 Fevral 2026 17:09
598
SİYASƏT
A- A+
Azərbaycan və Serbiya dost ölkələrdir  

Azərbaycan və Serbiya dost ölkələrdir  


“Azərbaycanla Serbiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimizin əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri isə iki ölkənin əlaqələrini daha da gücləndirəcək”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur. Hazırda Azərbaycan-Serbiya münasibətləri yüksək səviyyədədir, hər iki ölkənin dövlət başçıları İlham Əliyevin və Aleksandar Vuçiçin qarşılıqlı səfərləri və şəxsi dostluğu bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasına şərait yaradıb.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər.

Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib.

Samir Vəliyev qeyd edib ki, Belqradda Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də mühüm siyasi-iqtisadi hadisə hesab edilə bilər. Tərəflər Şurada bir sıra mühüm mesajlar verməklə yaxın dostluq əlaqələrinin daim irəli getdiyini vurğulayıblar. Prezident Aleksandar Vuçiçin vurğuladığı kimi bu tədbir xüsusi önəm daşıyır. “Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik” ifadəsi Azərbaycana olan böyük ehtiram və etimadın nümunəsi deməkdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan və Serbiya dost ölkələrdir,  bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir”. Azərbaycan Prezidenti həmkarı Vuçiçlə geniş müzakirələr apardığını bildirib və onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsinin güclü təəssürat yaratdığını xatırladıb. Belə ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə maksimum dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır.

“Ölkələrimizin əlaqələrində təbii ki, enerji sahsində də əməkdaşlıq mühüm yer tutur. Serbiya Azərbaycandan təbii qaz alan Avropa ölkələrindən biridir. Enerji sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Bütövlükdə isə, aparılan müzakirələr, mübadilə edilən sənədlər Azərbaycan-Serbiya əlaqələrini daha da gücləndirəcək”,-deyə deputat vurğulayıb.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Banklardakı əmanətlərin 69 faizdən çoxu milli valyutada qoyulub  

12:06
15 Aprel

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

11:38
15 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb  

11:32
15 Aprel

Zərifə Əliyeva - qəlblərdə yaşayan əbədi işıq və nəciblik nümunəsi

11:31
15 Aprel

Birinci rübdə Azərbaycanda inşaat işlərinin 87 faizini özəl müəssisələr icra edib

11:28
15 Aprel

Mərkəzi Bank yenilənmiş 100 manatlıq əskinasları tədavülə buraxır

11:25
15 Aprel

Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb  

11:13
15 Aprel

ABŞ İranın dəniz ticarətini dayandırıb

11:08
15 Aprel

Görkəmli elm adamı, dəyərli ziyalı və böyük şəxsiyyət

11:01
15 Aprel

BVF qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib

10:58
15 Aprel

Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib

10:57
15 Aprel

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

10:57
15 Aprel

İqtisadi fəal əhalinin sayı açıqlanıb

10:51
15 Aprel

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib  

10:46
15 Aprel

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

10:41
15 Aprel

“Azəristiliktəchizat”: Payız-qış mövsümü başa çatıb

10:33
15 Aprel

I rübdə Azərbaycanın nəql etdiyi qazın 51 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb  

10:26
15 Aprel

Dünya birjalarında neft bahalaşıb 

10:17
15 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:13
15 Aprel

Azərbaycan nefti 118 dollara satılır

10:01
15 Aprel

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

09:44
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!