05 Dekabr 2025 19:41
348
CƏMİYYƏT
A- A+
Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  

Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  


Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev və Birliyin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayevadan ibarət nümayəndə heyəti “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatının dəvəti ilə dekabrın 3-5-də Gürcüstanda səfərdə olub.

Partiyadan AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də nümayəndə heyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatının üzvləri ilə görüşü keçirilib. Görüşdə gənclər təşkilatları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb, təcrübə və fikir mübadiləsi, birgə layihələrin, təlim və seminarların təşkili məsələləri müzakirə olunub. Vurğulanıb ki, bu ilin iyul-avqust aylarında keçirilmiş Azərbaycan-Gürcüstan Gənclər Forumu mövcud əməkdaşlığın müsbət nümunəsidir.

Görüş çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd qarşılıqlı fəaliyyətin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və gənclərin inkişafına yönəlmiş proqramların dəstəklənməsini nəzərdə tutur.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Gənclər Təşkilatının sədri Giorgi Çakvetadze hakim partiyaların gənclər birlikləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, imzalanan Memorandum gələcək ortaq təşəbbüslər, proqram və layihələrin reallaşdırılması üçün yeni imkanlar açır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə diqqətə çatdırıb ki, imzalanmış Əməkdaşlıq Memorandumu Azərbaycan və Gürcüstan gəncləri arasında uzunmüddətli işbirliyinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin siyasi iradələri sayəsində uğurla davam edən yüksəksəviyyəli münasibətlər gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli şərait yaradır.

Dekabrın 4-də nümayəndə heyətinin Tbilisi Şəhər Assambleyasında görüşü olub. Görüşdə Assambleyanın sədri Zurab Abaşidze, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Şəhər Assambleyasında fraksiya rəhbəri Zurab Çikviladze, həmçinin Assambleya üzvləri iştirak ediblər. Tərəflər yerli özünüidarəetmə, gənclərin ictimai-siyasi fəallığının artırılması, bələdiyyə səviyyəsində həyata keçirilən gənclər təşəbbüsləri və Azərbaycan-Gürcüstan əməkdaşlığı çərçivəsində birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparıblar.

Sonra nümayəndə heyəti ilə Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşki arasında görüş keçirilib. Görüşdə iki ölkənin gənclər siyasətinin prioritet istiqamətləri, təhsil sahəsində əməkdaşlıq imkanları və gənclərin qanunvericilik təşəbbüslərində iştirakı müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyətinin, həmçinin Gürcüstan parlamentində Azərbaycan parlamenti ilə Dostluq Qrupunun sədri İrakli Kadaqişvili ilə görüşü olub. Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını qeyd edərək, bu əməkdaşlığın gənclər təşkilatları arasında da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Səfər çərçivəsində keçirilən görüşlərin iki ölkənin gəncləri arasında əlaqələrin daha da dərinləşməsinə əlavə imkanlar yaratdığı qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!