20 May 2025 08:00
898
SİYASƏT
A- A+
Azərbaycan sülh gündəliyinə sadiqdir

Azərbaycan sülh gündəliyinə sadiqdir


"Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə, əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq".

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun iştirakçılarının suallarını cavablandıran zaman Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bölgədə dayanıqlı sülhün əldə olunması üçün Ermənistan Azərbaycanın beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməlidir. 

Birmənalı olaraq İrəvan konstitusiyasını dəyişməli, ATƏT-in keçmiş Minsk qrupunun hüquqi olaraq da ləğv edilməsi üçün Bakı ilə birgə müraciət etməlidir. 

Təbii ki, yalnız belə olan halda regionda dayanıqlı sülhdən, təhlükəsizlikdən, inkişafdan söz açmaq mümkündür. 


Tarixi fürsət


Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanması ilə ümumilikdə regionda reallıqları dəyişdi. Hələ işğal dövründə Bakı hər zaman ikili standartlara, ədalətsizliyə qarşı bütün yüksək tribunalardan bəyan edirdi ki, torpaqlarının işğalı ilə barışmayacaq, hansı yolla olur-olsun, istər danışıqlar, istərsə də müharibə olsun, ərazilərini azad edəcək. İkinci Qarabağ savaşı və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın bu bəyanatlarının gerçəklikdə qətiyyətlə yerinə yetirilməsini gözlər önünə sərdi. Həmçinin beynəlxalq ictimaiyyət də onilliklərdir dalana dirənmiş münaqişənin hərb yolu ilə həllindən sonra Cənubi Qafqazda sülh üçün yaranan tarixi fürsəti görmüş oldu.  

Vətən müharibəsindən dərhal sonra Ermənistana sülh təklif edən və özünün beynəlxalq hüquqa əsaslanan beş baza prinsipini təqdim edən ölkəmiz ötən müddət ərzində bu istiqamətdə əməli addımlar atıb.

İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasına start verilməsi, Qazaxın dörd kəndinin bir güllə belə atılmadan, bir itki verilmədən qaytarılması, eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesinin yekunlaşması normallaşmaya aparan yolun mühüm addımlarıdır ki, bütün bunlar məhz Bakının xüsusi səyləri sayəsində mümkün olub. 

Hazırda isə sülh müqaviləsinin imzalanmasına yeganə maneə yaradan məsələlər Ermənistanın Azərbaycan ərazilərinə iddia olan konstitusiyasını dəyişməməsi və ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizlə birgə müraciət etməməsidir.  

Çünki Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alır. Ermənistan indiyə qədər konstitusiyasını dəyişməməkdə israr etməklə əslində torpaqlarımıza iddiasından əl çəkmək istəmədiyini aydın göstərir. 

Həmçinin dünyada artıq Qarabağ münaqişəsi adlı bir münaqişə mövcud olmadığı üçün ATƏT-in keçmiş Minsk qrupuna da lüzum qalmayıb. Məlum həqiqətdir ki, keçmiş Minsk qrupu fəaliyyət göstərdiyi 28 ildə münaqişənin Ermənistanın xeyrinə dondurulmasına çalışır, problemin müharibə yolu ilə həllinin mümkün olmadığını iddia edirdi. 

Bitmək bilməyən nəticəsiz danışıqlardan təngə gələn Azərbaycanın torpaqlarını güc yolu ilə işğaldan azad edərək suverenliyini bərpa etməsi ilə Qarabağ münaqişəsi də birdəfəlik həll olundu. Bununla da növbəti məqam, sülh müqaviləsinin imzalanması zamanı yetişdi. O sülh müqaviləsi ki, birbaşa regionda təhlükəsizliyin, inkişafın, tərəqqinin açarıdır.  


"Cənubi Qafqaz regionunda de-fakto sülh var"


Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tasnim"ə müsahibəsində söyləyib ki, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip və hətta bu sənədin mətni Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğunun, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür.

Prezidentin köməkçisi "Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə nail olaq", - deyə əlavə edib.

Hikmət Hacıyevin sözlərinə görə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb: "Məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun".

Torpaqlarının işğalına son qoyaraq suverenliyini təmin edən ölkəmiz hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir, o ərazilərə qayıdış həyata keçirir.  Eyni zamanda gündən-günə siyasi, hərbi, iqtisadi gücünü artıraraq dünyanın nufuzlu ölkəsinə çevrilən Azərbaycan bölgədə barışın əldə edilməsi üçün qətiyyətli siyasət yürüdür. Yuxarıda da vurğuladığımız kimi, məhz sülh təşəbbüskarı olan və sülh üçün alternativin olmadığını hər zaman müdafiə edən ölkəmizin səylərinin nəticəsidir ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Bu sayədə bölgədə münaqişələrdən, müharibələrdən uzaq təhlükəsiz mühit yaranıb ki, bu da davamlı sülhə birbaşa yol açıb. 

Qeyd etdiyimiz bütün bu müsbət amillərə nəzərən demək olar ki, prinsip etibarı ilə hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün elə də böyük maneələr qalmayıb. Bunun üçün Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü tələbləri yerinə yetirməlidir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

16:39
15 İyun

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb

16:28
15 İyun

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

16:13
15 İyun

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

15:59
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!