13 Mart 2025 08:20
3917
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Şimali Makedoniya iqtisadi əməkdaşlığı enerji sahəsi ilə məhdudlaşmayacaq

Azərbaycan-Şimali Makedoniya iqtisadi əməkdaşlığı enerji sahəsi ilə məhdudlaşmayacaq


Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Gürcüstan və Türkiyədən sonra qaz idxal edənlərin hamısı Avropa ölkələridir: Yunanıstan, Türkiyə, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya. Şimali Makedoniya bu sıraya keçən ilin sonunda qoşulub.

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri zamanı bu, bir daha vurğulanıb. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərkən deyib: "Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq".

Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq ölkələrimiz üçün çox önəmlidir. Məhz bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığın inkişafına geniş yol açacaq. Belə ki, bu günə qədər ticari-iqtisadi əlaqələr sahəsində o qədər də böyük nəticələr əldə edilməyib. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, energetika sahəsində başlanmış ikitərəfli praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. 

Xatırladaq ki, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova bir neçə ay əvvəl də ölkəmizdə olub və COP29-da iştirak edib.

Ümumiyyətlə, ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparılır. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Prezident İlham Əliyev qeyd edib ki, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, müvafiq dövlət qurumları sıx təmasda olmalıdırlar. Eyni zamanda iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.

Şimali Makedoniyanın Prezidenti də öz bəyanatında gələcəkdə iqtisadi əlaqələrin genişlənəcəyini bildirib: "Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq".

Ali qonaq Azərbaycanı əyani görən insanın ölkəmizə valeh olduğunu, bu gözəlliyin hətta təyyarədən baxanda da göründüyünü bildirib. Və bu, əlbəttə, gəlişigözəl olduğu üçün deyilən sözlər deyil. Şimali Makedoniya Prezidentinin gəldiyi qənaət belədir ki, "bu səbəbdən turizm sahəsi də əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir".

Qordana Silyanovska-Davkova həmçinin vurğulayıb ki, bu günədək iqtisadiyyat sahəsində əhəmiyyətli addımlar atılmayıb: "Coğrafi mövqeyimizə görə, biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik. Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir. Sonuncu dəfə ölkənizdə olarkən bu fikri söyləmişdim və bu gün də təkrar bəyan etmək istəyirəm ki, biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır. Mən təkcə Dövlət Neft Şirkəti ilə müqaviləni nəzərdə tutmuram. Hesab edirəm ki, gələcəkdə əldə olunan bütün razılaşmalar bizi daha da yaxınlaşdıracaq".

Göründüyü kimi, Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və getdikcə şaxələndirməyə imkanlar var. Ali səviyyədə qarşılıqlı səfərlər, ayrı-ayrı qurumların sıx təmasları, eləcə də qaz ixracı sahəsində atılan addımlar buna böyük təkan verəcək. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!