13 Avqust 2025 01:43
8537
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 10, maddə 1139 (Cild I); 2025, ¹ 3, maddə 227) ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.  1.1-ci bəndə "(o cümlədən nəzarət və tənzimləmə)," sözlərindən sonra "elektron hökumətin inkişafının təmin olunması, rəqəmsal hökumətə keçidin sürətləndirilməsi," sözləri əlavə edilsin.

2.  2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"2.1.5. Nazirliklə birgə elektron xidmətlər, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri barədə qiymətləndirmələr aparmaq;".

3.  3-cü hissə üzrə:

3.1. 3.1.5-ci yarımbənddə "sahəsində" sözü ", habelə "elektron hökumət" sahələrində" sözləri ilə əvəz olunsun və həmin yarımbəndə ikinci halda "texnologiyaların" sözündən sonra ", o cümlədən informasiya-kommunikasiya texnologiyalarının" sözləri əlavə edilsin;

3.2. 3.1.6-cı yarımbəndə "texnologiyaların" sözündən sonra ", o cümlədən informasiya-kommunikasiya texnologiyalarının" sözləri əlavə edilsin;

3.3. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.7. dövlət orqanlarının (qurumlarının) rəqəmsal texnologiyalardan,o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması üçün tədbirlər görmək, habelə informasiya təhlükəsizliyinin (kritik informasiya infrastrukturu istisna olmaqla) təmini ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;";

3.4. 3.1.8-ci yarımbəndə "inkişaf" sözündən sonra ", habelə "elektron hökumət" sözləri əlavə edilsin;

3.5. 3.1.9-cu yarımbəndə "etmək" sözündən sonra ", eləcə də yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı Nazirliyə təkliflər vermək" sözləri əlavə edilsin;

3.6. 3.1.10-cu və 3.1.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"3.1.10. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanından (qurumundan) sənədləri (texniki məlumatları) almaq;";

"3.1.12. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi proseslərində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları"na uyğun olaraq iştirak etmək;";

3.7. 3.1.14-cü yarımbənddə "sistemlərinin və ehtiyatlarının" sözləri "ehtiyatlarının və sistemlərinin" sözləri ilə əvəz edilsin;

3.8. 3.1.16-cı yarımbəndə"ehtiyatlarında" sözündən sonra "və sistemlərində" sözləri əlavə olunsun və həmin yarımbənddə"keçilməsilə" sözü "keçilməsi ilə, eləcə də "kağızsız hökumət"ə keçid və dövlət orqanlarında (qurumlarında) kağızdan istifadənin minimallaşdırılması ilə" sözləri ilə əvəz edilsin;

3.9. aşağıdakı məzmunda 3.1.16-1-3.1.16-19-cu və 3.2.3-1-3.2.3-5-ci yarımbəndlər əlavə edilsin:

"3.1.16-1. "elektron hökumət"in inkişafı, o cümlədən "elektron hökumət" layihəsinin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsində iştirak etmək;

3.1.16-2. elektron xidmət təminatçısı, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə birgə həmin informasiya ehtiyatından və sistemindən səmərəli və effektiv istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər görmək;

3.1.16-3. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi, eləcə də elektron xidmətlər göstərilməsi ilə bağlı texniki tələblərə dair Nazirliyə təkliflər vermək; 

3.1.16-4. "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nin və İnformasiya Mənbələrinin Reyestrinin aparılmasında iştirak etmək;

3.1.16-5. dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq iştirak etmək;

3.1.16-6. elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan layihələrə onların texniki cəhətdən və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəy verilməsində iştirak etmək;

3.1.16-7. elektron xidmətlər, habelə dövlət informasiya ehtiyatı və sistemi onların yaradılmasına, həmçinin formalaşdırılmasına, genişləndirilməsinə, bölünməsinə və ya birləşdirilməsinə dair layihələrə uyğun olmadıqda, texniki normalara, standartlara və tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması üçün Nazirliyə təkliflər vermək, dövlət orqanlarına (qurumlarına) əməli və metodiki kömək göstərmək;

3.1.16-8. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin, habelə elektron xidmətlərin göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkilində iştirak etmək;

3.1.16-9. elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb edilməsi ilə bağlı Nazirliyə müraciət etmək;

3.1.16-10. inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən normativ hüquqi aktların tələbləri pozulduqda və ya dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya onlara zərər vura biləcək davranışlara yol verildikdə, məlumat mübadiləsinin bu nöqsanlar aradan qaldırılanadək dayandırılması məqsədilə Nazirlik qarşısında məsələ qaldırmaq;

3.1.16-11. informasiyanın ilkin mənbələrinin müəyyənləşdirilməsini, həmin mənbələrdən əldə edilməsini və istifadəsini təşkil etmək;

3.1.16-12. elektron xidmətlərin təşviqi məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görmək;

3.1.16-13. operatoru olaraq müəyyən edildiyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə olunması, fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək;

3.1.16-14. ölkə üzrə rəqəmsal inkişafın arxitekturasının (informasiya proseslərinin həyata keçirilməsini təmin edən informasiya ehtiyatlarının və sistemlərinin, informasiya-kommunikasiya şəbəkəsinin, rəqəmsal tətbiq və platformaların əlaqələndirilmiş formada layihələndirilməsi və fəaliyyətinin təmini) qurulmasını təmin etmək və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak etmək;

3.1.16-15. dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair Nazirliyə təkliflər vermək; 

3.1.16-16. rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına və təkmilləşdirilməsinə, eləcə də elektron xidmətlərin təşkilinə və təkmilləşdirilməsinə) dair ildə iki dəfə Nazirliyə hesabat vermək; 

3.1.16-17. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və sair) inkişafı ilə bağlı Nazirlik və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə zəruri tədbirlər həyata keçirmək;

3.1.16-18. ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatını və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq Nazirlik və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tənzimləmək;

3.1.16-19. dövlət orqanlarının (qurumlarının) elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat göndərmək;";

"3.2.3-1. normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda dövlət orqanlarının (qurumlarının) malik olduqları informasiya ehtiyatlarına və sistemlərinə çıxış əldə etmək, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin orqanların (qurumların) xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək; 

3.2.3-2. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

3.2.3-3. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət olunmasında və istismara qəbulunda Nazirliklə birlikdə iştirak etmək;

3.2.3-4. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları  və sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

3.2.3-5. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının (qurumlarının) təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;";

3.10. 3.2.4-cü yarımbənddə "fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərinin və ehtiyatlarının qiymətləndirilməsində və onların istismara qəbulunda" sözləri "dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmələr aparılmasında" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 avqust 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!