24 Fevral 2026 08:45
209
SİYASƏT
A- A+
Azərbaycan qlobal sülh mexanizmlərində həlledici rol oynayır

Azərbaycan qlobal sülh mexanizmlərində həlledici rol oynayır


Dünyanın siyasi nizamı əsaslı yenilənmə dövrünü yaşayır. Hazırkı qlobal idarəçilik sistemləri müasir çağırışlarla ayaqlaşmaqda çətinlik çəkir. Klassik beynəlxalq təsisatlar bəşəriyyətin qarşılaşdığı təhlükəsizlik və humanitar böhranları aradan qaldırmaq gücünü itirib. Bu çatışmazlıq sonu gəlməyən hərbi toqquşmalar fonunda daha qabarıq nəzərə çarpır. 

Yer kürəsində 60-dan çox münaqişə nöqtəsinin olması, o cümlədən Qəzzadakı dramatik vəziyyət və Rusiya-Ukrayna cəbhəsində illərlə davam edən hərbi əməliyyatlar beynəlxalq tənzimləmə mexanizmlərinin çökməsinin bariz nümunəsidir. Baş verən hadisələr göstərir ki, Birləşmiş Millətlər Təşkilatı ixtilafların qarşısını almaq və onları yoluna qoymaq üçün lazımi qətiyyət və rıçaqlara sahib deyil. BMT-nin aktual problemlərə çevik və kəsərli reaksiya verə bilməməsi fərqli və yeni dialoq müstəvilərinin, çoxtərəfli əməkdaşlıq formatlarının yaranmasını labüd edir. Məhz bu ehtiyacdan irəli gələrək, ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə ənənəvi institutlara alternativ variant kimi Sülh Şurası gündəmə gəldi və dəstək qazandı.

Yeni sülh arxitekturasının təməlləri Şarm əl-Şeyx Sammitində atılıb və bu prosesin icrasına dair ilk konkret addımlar da orada reallaşıb. Görülən işlərin ilkin bəhrəsi kimi Qəzza bölgəsində hərbi qarşıdurmanın dayandırılmasına və qan tökülməsinin qarşısının alınmasına nail olunub. Eyni zamanda humanitar missiya çərçivəsində əsir və girovların azad edilməsi prosesi uğurla icra edilib. Hazırda ABŞ-nin müəllifi olduğu bu formatın rəsmi instituta çevrilməsi və strukturlaşdırılması istiqamətində işlər sürətlənib. 

Azərbaycanın yeni sülh platformasında tutduğu mövqe ölkəmizin beynəlxalq sülh təşəbbüslərində artan rolunun göstəricisi və xarici siyasətimizdəki uğurların məntiqi davamı kimi qiymətləndirilir. Davosda Dünya İqtisadi Forumu keçirilərkən dövlətlərə ünvanlanmış açıq çağırışdan sonra Azərbaycan Respublikası Sülh Şurasına təsisçi üzv statusu ilə daxil oldu. Bu mötəbər statusda təmsilçilik ölkəmizin dünya siyasətindəki çəkisinin artmasının və beynəlxalq arenada etibarlı, strateji tərəfdaş kimi qəbul edilməsinin əyani sübutudur.

Bakının beynəlxalq böhranların idarə olunmasında oynadığı rol konstruktivliyə, dialoq və konkret nəticələrə hədəflənmiş diplomatik prinsiplərə söykənir.  Azərbaycanın bu yeni mexanizmdə ön plana çıxmasını şərtləndirən əsas amillərdən biri Ermənistanla sülh prosesində nümayiş etdirdiyi unikal tənzimləmə modelidir. Prezident İlham Əliyevin liderliyi, siyasi iradəsi və qətiyyəti ilə uzunillik münaqişənin beynəlxalq hüquq və milli suverenlik çərçivəsində həlli dünya miqyasında analoqu az olan uğurlu təcrübə kimi qəbul edilir. Hazırda bu təşəbbüsə qoşulan dövlətlərin sayı 28-ə çatıb və bu sayın yaxın gələcəkdə daha da artacağı gözlənilir. 

Sülh Şurası kimi mötəbər bir platformada Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması ölkəmizin beynəlxalq arenada artan siyasi çəkisinin və növbəti diplomatik uğurunun göstəricisidir. Bu iştirak sadəcə protokol qaydası deyil, birbaşa Prezident İlham Əliyevin dünya liderləri arasındakı böyük nüfuzunun, ona olan yüksək şəxsi hörmətin və Azərbaycanın regional güc mərkəzi kimi qəbul edilməsinin təzahürüdür. Ölkəmizin qlobal qərarların qəbul edildiyi masada yer alması milli maraqlarımızın qorunması baxımından olduqca əhəmiyyətlidir. 

Sammit zamanı Prezident Donald Trampın dəfələrlə dövlət başçımıza xitab etməsi, Azərbaycan adını səsləndirməyi sevdiyini söyləməsi İlham Əliyevə olan ehtiram və rəğbətin, dünyada sülhün ən fəal təşviqçilərindən biri kimi qəbul olunmasının təcəssümüdür. 

Prezident İlham Əliyev Cənubi Qafqazda və daha geniş coğrafiyada sülh gündəliyinin əsas təşəbbüskarı və ən fəal təşviqatçılarından biri kimi çıxış edir. Azərbaycanın təklif etdiyi sülh prinsipləri regionun gələcək inkişaf modelini formalaşdırır. Xüsusilə, bu platforma çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi, həmçinin tərəflər arasındakı əlsıxmanın ABŞ Prezidenti tərəfindən xüsusi vurğulanması rəsmi Bakının qlobal təhlükəsizlikdəki həlledici rolunu təsdiqləyir. 

Tədbir zamanı ABŞ Prezidenti Donald Trampın bir neçə dəfə xüsusi olaraq Azərbaycan Liderinə xitab etməsi dövlətimizin başçısının fikirlərinə və liderlik keyfiyyətlərinə verilən önəmin göstəricisidir. Bu diqqət Azərbaycanın sülh prosesindəki həlledici rolunun beynəlxalq supergüclər tərəfindən tam şəkildə tanınması deməkdir. 

Sammitdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı təmaslar da tarixi məqam kimi yadda qaldı. Xüsusilə, bu jestin Prezident Tramp tərəfindən qeyd edilməsi və təqdir olunması Azərbaycanın post-münaqişə dönəmində sülhün əldə edilməsi istiqamətində atdığı addımların beynəlxalq miqyasda legitimliyini artırır. Beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi bu mənzərə təsdiq edir ki, Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa edən ölkə deyil, həm də bəşəri sülhün və təhlükəsizliyin təmin olunmasında əsas söz sahibi olan dövlətdir. 

Tədbirin gündəliyində duran ən aktual məsələ Qəzza bölgəsi üçün xüsusi maliyyə fondunun təsisi və 20 maddəlik bərpa-humanitar üzrə planın icrası idi. ABŞ tərəfindən irəli sürülən "sabitləşdirmə qüvvələri"nin yaradılması ideyasına Azərbaycanın münasibəti tamamilə prinsipial və milli maraqlara söykənir. Prezident İlham Əliyevin hələ ilin əvvəlində bəyan etdiyi kimi, Azərbaycan sözügedən hərbi kontingentin tərkibində yer almağı planlaşdırmır. Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir. Müharibədən çıxmış bir ölkənin hərbi qüvvələrini başqa münaqişə zonasına göndərməmək qərarı daxili ictimai rəyin həssaslığına və dövlətin məsuliyyətli xarici siyasət kursuna əsaslanır. 

Təbii ki, Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir və region ölkələri ilə birgə layihələr reallaşdırır. Lakin Azərbaycanın Sülh Şurasındakı rolu hərbi müstəvidən daha çox humanitar və iqtisadi müstəvidədir. Nəzərə alaq ki, Qarabağ və Şərqi Zəngəzurun sürətli yenidənqurulması modeli münaqişədən sonrakı inkişaf üçün dünya miqyaslı nümunə kimi təqdim oluna bilər. Azərbaycan gələcəkdə Qəzzada həyata keçiriləcək layihələrdə investor kimi çıxış etmək imkanlarını da saxlayır. Ölkəmiz həm BMT vasitəsilə, həm də birbaşa yardımlarla Fələstinə dəstəyini davam etdirsə də, hazırkı şəraitdə hər hansı maliyyə dəstəyindən söhbət getmir. Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev də özünün "X" sosial media hesabında yazıb ki, Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Lakin sammitdə səsləndirilən 7 milyard dollar məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur. Bakı bununla öz şərtlərini və prioritetlərini müəyyən edən, milli maraqlarından geri addım atmayan suveren güc olduğunu da dünyaya nümayiş etdirir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq nizamın yenidən qurulmasında müşahidəçi qismində yox, əsas aktorlardan biri kimi öz yerini möhkəmləndirir. Bu, Azərbaycanın diplomatik qələbəsi olmaqla yanaşı, həm də xalqımızın milli qürurunun və sarsılmaz suverenliyimizin növbəti təzahürüdür. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ Azərbaycanı post-Rusiya enerji xəritəsinin əsas sütunu adlandırır

13:51
24 Fevral

Ukrayna Prezidenti Kiyevdəki bunkeri ilk dəfə nümayiş etdirib

13:49
24 Fevral

“İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik edildi 

13:48
24 Fevral

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında qeydiyyatdan keçən rezidentlərin sayı açıqlanıb

13:47
24 Fevral

Ödənişli avtomagistrallarda sürət həddi təsdiqləndi

13:46
24 Fevral

Kibertəhlükəsizlik üzrə kadr hazırlığı bazası: “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası – REPORTAJ VİDEO  

13:45
24 Fevral

BMT: Asiya-Sakit okean regionunda təxminən 600 milyon insan gecəqondularda yaşayır  

13:44
24 Fevral

Seymur Adıgözəlov: Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır  

13:43
24 Fevral

DGK: 79 kiloqramdan artıq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb  

12:46
24 Fevral

Media: ABŞ İrana zərbə endirməyə başlasa, SEPAH liderləri əsas hədəflərdən olacaq  

12:43
24 Fevral

2015-2025-ci illərdə sənaye zonalarında dəyəri 19 milyard manatdan çox məhsul satışı həyata keçirilib  

12:42
24 Fevral

Argentinada maliyyə qalmaqalına görə futbol oyunları dayandırılıb

12:40
24 Fevral

Xocalı soyqırımı qurbanları Haaqada anılıb

12:38
24 Fevral

Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Alar Karisə  

12:34
24 Fevral

İZİA: Ötən il sənaye zonalarında istehsal olunan 1,2 milyardlıq məhsul ixrac olunub

11:51
24 Fevral

Doxsan xarici ölkə vətəndaşına amnistiya aktı tətbiq edilib

11:39
24 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:32
24 Fevral

Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

11:23
24 Fevral

BMT Ukraynada müharibənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edir 

11:09
24 Fevral

Ötən gün 60 cinayətin açılması təmin edilib

11:03
24 Fevral

BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

10:54
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!