14 İyun 2025 10:46
1741
Təhsil
A- A+
Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilir YENİLƏNİB

Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilir YENİLƏNİB


İyunun 14-də Azərbaycanın bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir. Minlərlə məzun üçün bu zəng yalnız məktəb illərinin başa çatdığını deyil, həm də yeni həyat mərhələsinin başlandığını xəbər verir. Sevincli, həyəcanlı, bəzən kədərli, bəzən ümid dolu olan bu gün hər bir şagirdin yaddaşında ömürlük iz buraxır.

AZƏRTAC xəbər verir ki, bu il respublika üzrə 113 min nəfərə yaxın şagird XI sinfi bitirir. Onlardan 54 min nəfərə yaxını qız, 58 min nəfərdən çoxu oğlandır. 158 min 539 nəfər isə IX sinfi bitirir. Bundan başqa, 134 min 600 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Ölkənin ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə cari ildə 90 min 732 uşaq təhsil alıb.

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 1 milyon 704 min 65 nəfər təşkil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində IX sinifləri 46 min 406, XI sinifləri 33 min 517, XII sinifləri (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) isə 138 nəfər şagird başa vurur.

Eyni zamanda, paytaxtda 38 min 206 nəfər I sinfi bitirir. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə ümumilikdə 513 min 923 şagird təhsil alıb və onların təlim-tərbiyəsi ilə 30 min 169 müəllim məşğul olub.

2024-2025-ci tədris ilində paytaxtın 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1048 məktəbəhazırlıq qrupuna 22 min 781 uşaq cəlb olunub. Ümumilikdə, hazırda BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

“Son zəng” ənənəsinin kökləri keçmiş SSRİ məkanına gedib çıxır. XX əsrin əvvəllərində məktəblərdə dərs ilinin yekunu rəsmi şəkildə qeyd olunurdu. Lakin bu tədbir 1940-1950-ci illərdən etibarən xüsusi simvolik məna kəsb etməyə başlayır. Şagirdlərin məktəb həyatını başa vurmasını bildirən rəmzi zəng səslənir, bu zəng uşaqlığın başa çatdığını və yeni həyat mərhələsinin başlandığını ifadə edirdi.

SSRİ-nin dağılmasından sonra da bu ənənə müstəqil respublikalarda qorunub saxlanıldı və hər bir ölkənin öz mədəni xüsusiyyətlərinə uyğun şəkildə davam etdirildi. Azərbaycanda da “Son zəng” tədbiri illərdir ki, məktəb məzunları üçün ən əlamətdar və yaddaqalan günlərdən biri hesab olunur.

“Son zəng” tədbirləri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil edilir. Həyətyanı sahəsi olmayan məktəblərdə isə tədbir idman və ya akt zallarında keçirilir. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri də iştirak edirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəb rəhbərlərinə “Son zəng” tədbirləri zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Bu məqsədlə məktəb ərazilərində mühafizə gücləndirilib, müvafiq orqanlarla birgə təhlükəsizlik tədbirləri həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!