07 İyun 2026 16:47
679
İQTİSADİYYAT
A- A+
Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir


Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2026 çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye kooperasiyası, regionlararası tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Dağıstan Respublikası Hökumətinin sədri Maqomed Ramazanovla görüş keçirilib. Görüşdə Azərbaycan ilə Dağıstan arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, logistika imkanlarından daha səmərəli istifadə, regionlararası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Qeyd olunub ki, 2007-ci ildə təsis edilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın faəliyyətinin genişləndirilməsi əməkdaşlığın inkişafına töhfə verə bilər.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev ilə keçirilən görüşdə Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər və regionlararası əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, ixrac əməkdaşlığının genişləndirilməsi və ixrac həcminin artırılması məqsədilə qarşı tərəfə potensial məhsulların siyahısı təqdim olunub.

Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə ticarət dövriyyəsinin artırılması, o cümlədən elektron ticarət, investisiya və logistika sahəsində əməkdaşlığının genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi, nəqliyyat sahəsində icra olunan layihələr, qarşılıqlı maraq doğuran yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə keçirilən görüşdə iqtisadi-ticarət əlaqələrin inkişafı, sənaye sahəsində əməkdaşlıq imkanları və milli-mədəni birliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, humanitar və mədəni əməkdaşlığın da regionlararası tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Xəzər regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.

Elnur Əliyev, həmçinin Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və Qubernator Administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə görüşüb. Görüşdə iqtisadi-ticarət, sənaye, investisiyaların təşviqi və regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün mövcud imkanları nəzərdən keçirərək, daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər və alətlər barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!