05 Dekabr 2025 14:17
264
CƏMİYYƏT
A- A+
Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib 

Azərbaycan-Gürcüstan Media Forumunda media ekosisteminin gücləndirilməsi yolları müzakirə edilib 

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusu müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə keçirilən panel sessiyada texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov qeyd edib ki, rəqəmsal texnologiyaların, xüsusilə də süni intellektin sürətli inkişafı prosesi daha da mürəkkəbləşdirir. Bir tərəfdən süni intellekt informasiya istehsalını sürətləndirir, operativliyi artırır və media fəaliyyətinə yeni imkanlar yaradır. Digər tərəfdən isə saxta məlumatların, manipulyativ görüntü və mətn materiallarının hazırlanmasını son dərəcə asanlaşdırır. Bu isə jurnalistikanın əsas prinsipi olan dürüstlük, dəqiqlik və etibarlılığın qorunmasını çətinləşdirir.

“Artıq təqdim olunan hər bir informasiyanın doğru olub-olmadığını dəqiq müəyyənləşdirmək əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Məlumata çıxış imkanları genişlənir, ancaq doğru informasiya ilə saxta informasiyanı ayırd etmək bacarığı zəifləyir. Bu səbəbdən informasiya savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və media etikasının qorunması xüsusi prioritetə çevrilir. Bu gün dezinformasiya, sadəcə, virtual manipulyasiya deyil, ictimai şüura, davranış modellərinə, qərarvermə proseslərinə təsir edən real metod kimi istifadə olunur. Ona görə də hər iki ölkə media qurumları, mütəxəssisləri və dövlət strukturları olaraq bu sahəyə diqqətimizi daha həssas şəkildə yönəltməliyik. Birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, maarifləndirmə fəaliyyəti və yeni texnoloji təhlükəsizlik standartları formalaşdırılmalıdır”, - deyə R.İsmayılov vurğulayıb.

Gürcüstanın “Eurocracy - Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili Azərbaycan və Gürcüstanın eyni informasiya təhdidləri ilə üz-üzə olduğuna diqqət çəkərək deyib: “Xüsusilə son illərdə hər iki ölkədə dezinformasiya kampaniyalarının miqyası sürətlə genişlənir. Artıq proses tək-tək xəbərlərin manipulyasiyası səviyyəsindən çıxaraq, ictimai rəyin sistemli şəkildə formalaşdırılması üçün istifadə olunan təhlükəli alətə çevrilib”.

Aparıcı qeyd edib ki, Gürcüstanda son illərin siyasi prosesləri ilə bağlı yayılan məlumatların əksəriyyətinin dezinformasiya hədəfi olması bunun açıq şəkildə sübutudur: “Bizim televiziya qurumlarımız bu istiqamətdə illərdir mübarizə aparır və kifayət qədər təcrübə toplayıb. Lakin görünən odur ki, dezinformasiya kampaniyasının miqyası getdikcə daha da böyüyür, mövzular genişlənir və məqsədlər daha koordinasiyalı xarakter alır. Düşünürəm ki, hər iki ölkə üçün hədəf eyni olmalıdır. Belə ki, bu, informasiya təhlükəsizliyi sahəsində müdafiə mexanizmlərinin gücləndirilməsi, saxta xəbərlərin yayılma sürətini azaltmaq üçün media savadlılığının artırılması, süni intellekt vasitəsilə istehsal olunan manipulyativ kontentin tanınması və zərərsizləşdirilməsi üzrə yeni metodların tətbiqidir. Çünki cəmiyyətin doğru məlumatlandırılması bu gün milli məsələ, təhlükəsizlik prioriteti və strateji istiqamət kimi dəyərləndirilməlidir”.

Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev əlavə edib ki, medianın möhkəm, peşəkar və etibarlı ekosistem üzərində qurulması yalnız jurnalistlərin məsuliyyəti deyil, eyni zamanda, qanunvericilik bazasının düzgün işləməsi və dövlət, media, cəmiyyət münasibətlərinin aydın hüquqi çərçivəyə salınması deməkdir. Azərbaycanda media sahəsində fəaliyyət müəyyən qanun və normativ aktlarla tənzimlənir.

“Azərbaycan Respublikasının “Media haqqında” Qanunu medianın fəaliyyət prinsiplərini, jurnalistlərin hüquq və vəzifələrini, informasiya yayımının meyarlarını, redaksiya müstəqilliyi və media azadlığının hüquqi bazasını müəyyən edir. Qanun media sahəsində məlumatın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı prosedurlarını, media subyektlərinin statusunu, onların hüquq və vəzifələrini, jurnalistlərin hüquqlarını, media azadlığını, redaksiya müstəqilliyini, dövlətin media sahəsindəki öhdəliklərini müəyyən edir. Media ilə qanunlar informasiya yayımında şəffaflıq və məsuliyyətin artırılması, jurnalistlərin hüquqlarının qorunması və peşə fəaliyyətinin təminatı, dezinformasiyanın qarşısının alınması və media mühitində etimadın gücləndirilməsinə və digər sahələrə xidmət edir”, - deyə Agentliyin Hüquq şöbəsinin müdiri vurğulayıb.

Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə qeyd edib ki, “ChatGPT” operativlik baxımından media üçün böyük imkanlar yaradır. Xəbər axınının yüksək intensivlik göstərdiyi müasir dövrdə məlumatın qısa zamanda sistemləşdirilməsi, mətnlərin redaktəsi və ilkin təhlilin aparılması jurnalistə vaxt qazandırır, media subyektinin informasiya dövriyyəsində çevik qalmasını təmin edir. Bununla yanaşı, süni intellekt dil, üslub və struktur baxımından mətnin keyfiyyətinin yüksəldilməsinə kömək edir ki, bu da peşəkar təqdimatı daha səlis və oxunaqlı edir. Lakin medianın süni intellektlə əməkdaşlığı yalnız texniki üstünlüklərlə məhdudlaşmır. Bu, həm də məsuliyyət tələb edən bir prosesdir. Dezinformasiyanın sürətlə yayıldığı, vizual və mətn manipulyasiyalarının asanlıqla hazırlana bildiyi bir dövrdə süni intellekt vasitələrinin istifadəsi xüsusi etik diqqət tələb edir.

Panel sessiya müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kir Starmer Trampın Sülh Şurası təşəbbüsündən uzaqlaşır  

00:24
21 Yanvar

Çempionlar Liqası: “Ayntraxt” “Qarabağ”la oyun üçün Bakıya gəlib  

00:23
21 Yanvar

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

23:16
20 Yanvar

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür  

23:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb  

23:11
20 Yanvar

Denis Şmıqal: Azərbaycanın yardımı Ukraynanın enerji dayanıqlılığını gücləndirəcək  

23:10
20 Yanvar

Romada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

23:09
20 Yanvar

Xorvatiyada 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib  

23:05
20 Yanvar

Ukraynanın Baş naziri: Davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edirik  

23:03
20 Yanvar

Bakıda qarlı hava şəraiti səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib  

23:02
20 Yanvar

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

22:51
20 Yanvar

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib  

22:37
20 Yanvar

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

22:34
20 Yanvar

Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir  

22:31
20 Yanvar

Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

22:25
20 Yanvar

Serbiya Prezidenti: İlham Əliyev böyük, dahi liderlərdən biridir

20:45
20 Yanvar

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırıb  

20:45
20 Yanvar

Misir mətbuatı 20 Yanvar faciəsinin ildönümü barədə yazıb  

20:44
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib YENİLƏNƏCƏK

20:43
20 Yanvar

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

20:42
20 Yanvar

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib  

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!