09 Dekabr 2024 17:02
642
İDMAN
A- A+
Azərbaycan gimnastı beynəlxalq yarışda qələbə qazanıb

Azərbaycan gimnastı beynəlxalq yarışda qələbə qazanıb

Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb.

 Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tofiq Əliyev 2014-cü ildən etibarən keçirilən bu yarışda üçüncü dəfə iştirak edib.

“FaceOFF” fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparırlar ki, bu da tamaşaçılar üçün idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!