19 May 2026 15:30
1756
ELANLAR
A- A+
“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ


Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi

Biləcəri-Yalama dəmir yolu hissəsinin enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması üçün layihələndirmə və tikinti-quraşdıma işlərinə texniki nəzarət üzrə məsləhət xidmətlərinə (ARESTP-CS-QCBS-01) dair

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

Azərbaycan Respublikası Hökuməti “Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi”nin (Layihə) maliyyələşdirilməsi üçün kredit əldə etmək məqsədilə Asiya İnkişaf Bankına (AİB) müraciət etmişdir. Kredit vəsaitinin bir hissəsi Biləcəri-Yalama dəmir yolu hissəsinin enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması ilə bağlı layihələndirmə və tikinti-quraşdıma işlərinə texniki nəzarət üzrə məsləhət xidmətləri müqaviləsi üzrə uyğun ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.

           Layihə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən icra ediləcəkdir.

           Layihə ADY-nin beynəlxalq yük daşımalarına xidmət göstərən Azərbaycanın şimal - cənub və şərq - qərb dəmir yolu dəhlizlərinin əsas komponentləri olan Biləcəri - Yalama və Bakı - Böyük Kəsik dəmir yolu hissələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin modernləşdirilməsini nəzərdə tutan daha geniş proqramın tərkib hissəsidir.

           Proqram çərçivəsində həyata keçirilən ilk layihə, regional yük daşımalarını dəstəkləyən “Şimal - Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi daxilində əsas bağlantı olan Biləcəri - Yalama dəmir yolu hissəsini əhatə edir. Bu hissə təxminən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi də daxil olmaqla, layihələndirmə və tikinti işlərinin təxmini müddəti 42 aydır.

           Məsləhət xidmətləri müvafiq yerli qanunvericiliyə və Mühəndis-Məsləhətçilərin Beynəlxalq Federasiyası (FIDIC) tərəfindən nəşr edilmiş “Podratçı tərəfindən layihələndirilən elektrik və mexaniki qurğular, habelə inşaat və mühəndislik işləri üçün Qurğular və Layihələndir-Tik üzrə Müqavilə Şərtləri”nə (Sarı kitab, 2017-ci il, ikinci nəşr, 2022-ci ildə düzəlişlərlə yenidən çap olunmuşdur) uyğun olaraq tikintiyə texniki nəzarət xidmətlərini əhatə edir.

Məsləhət xidmətlərinin əsas məqsədləri:

a)    Tikinti-quraşdırma işləri üzrə Podratçı şirkət tərəfindən hazırlanan müfəssəl mühəndisi layihələrin nəzərdən keçirilməsi üzrə iş qrafiki, metod və prosedurları müəyyən etmək; texniki şərtlərin müfəssəl mühəndisi və işçi layihələrdə nəzərə alınmasını təmin etmək;

b)    Tikinti işləri üzrə müqavilənin idarə edilməsində “Mühəndis” kimi fəaliyyət göstərmək; və

c)     Tamamlanmış işlərin keyfiyyətini və həcmini təsdiq etmək də daxil olmaqla, tikinti-quraşdırma işlərinə gündəlik texniki nəzarəti təmin etməkdir.

Tikintiyə texniki nəzarət üzrə məsləhət xidmətlərinin ümumi müddəti 66 ay təşkil edəcək və aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

a. Layihələndirmə və tikinti mərhələsində nəzarət: 42 ay

b. Qüsurların aradan qaldırılması müddətində nəzarət: 24 ay

Maraq ifadəsi üzrə dəvət AİB-in Məsləhətçilərin İdarəetmə Sistemində (CMS) beynəlxalq səviyyədə 19 may 2026-cı il tarixində dərc edilmişdir. Maraq ifadələrinin təqdim edilməsi üçün son tarix 7 iyun 2026-cı ildir.

AİB-in uyğun mənbə ölkələrindən iştirak hüququ olan məsləhətçi şirkətlər öz maraqlarını aşağıda göstərilən link vasitəsilə ifadə edə bilərlər:

https://selfservice.adb.org/OA_HTML/adb/xxcrs/jsp/ADBCsrnFwd.jsp?sel=222392 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!