20 Aprel 2025 08:25
729
İQTİSADİYYAT
A- A+
Avropanın 10 ölkəsindən biri

Avropanın 10 ölkəsindən biri


Azərbaycandan təbii qaz idxal edən Sloveniya ilə digər sahələrdə əməkdaşlıq üçün də perspektivlərimiz genişdir


Azərbaycanın enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığı inkişaf edir və bunun üçün daha böyük perspektivlər var. Sloveniya ilə iqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafına da imkanlar mövcuddur. 

Orta dəhliz Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu üçün Sloveniya şirkətlərinə də əlverişli şərait yaradır. Bu xüsusda Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlığın yaradılması mümkündür.

Prezident İlham Əliyev bu il aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edərkən iqtisadi sahəyə aid bu məsələlər də qeyd olunub. Ötən ilin statistikasına nəzər salanda görürük ki, Sloveniya ilə ticarət dövriyyəmiz 30 milyon dollar olub. Əlbəttə, bu o qədər böyük rəqəm deyil. Lakin son dövrdə önəmli bir hadisə də baş verib. İndi Azərbaycandan qaz alan 12 ölkə sırasında Sloveniya da var. Bugünlərdə Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes-forumu çərçivəsində imzalanmış ticarət sazişi də hər iki ölkənin iqtisadiyyatlarının rəqəmsallaşdırılmasının müxtəlif istiqamətlərində əməkdaşlığın inkişafına təkan verəcək. Bu, Sloveniyanın "Kontron" şirkəti ilə Azərbaycanın "Bestcomp" şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında sazişdir.

"SPIRIT Slovenia" agentliyinin beynəlmiləlləşmənin təşviqi sektorunun rəhbəri Tanya Drobniç sözügedən biznes-forumda bildirib ki, Sloveniya və Azərbaycan arasında xidmət və məhsulların geniş spektrinin həyata keçirilməsi imkanı mövcuddur.

Azərbaycanla Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələrin yaradılmasını nəzərdən keçirə bilər. Bunu isə həmin forumda çıxışı zamanı İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı bildirib. Bu il ticarətdə nəzərəçarpacaq artımın olduğunu da deyib: "2025-ci ilin ilk iki ayında ticarət dövriyyəsi 67 faiz, ixrac isə 66 faiz artıb. Bu həmin sahədə böyük artım potensialından xəbər verir".

Bakıda Azərbaycan və Sloveniya arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası da keçirilib. İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanla Sloveniya arasında dostluq münasibətləri əsasında əlaqələrin genişlənməkdə olduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair 12 sənəd imzalandığını, parlamentlərarası dialoq üzrə işçi qrupların münasibətlərimizin inkişafında mühüm rolunu qeyd edib.

Əmək və məşğulluq sahələrində əməkdaşlığın inkişafı üçün də böyük potensialın olduğu, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əlaqələrin inkişafında önəmi, hazırkı iclasın yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün gözəl imkan yaratdığı bildirilib. 

İclasda Azərbaycan və Sloveniya tərəfindən müxtəlif qurumların rəhbər şəxsləri tərəfindən təqdimatlar edilib. İkitərəfli əməkdaşlığın gündəliyinə, iqtisadi-ticarət, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, İKT, idman, turizm, investisiya sahələrində əməkdaşlığının genişləndirilməsinə, həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Azərbaycan ilə Sloveniya əczaçılıq sahəsində də əməkdaşlıqda maraqlıdırlar. Bunu isə maliyyə nazirinin birinci müavini Anar Kərimov deyib. Bildirib ki, əczaçılıq sənayesində istehsal hər iki ölkənin maraq doğuran sahələrindəndir: "Bu sahələrin bizim prioritet inkişaf istiqamətlərimizlə üst-üstə düşməsi çox sevindiricidir. Azərbaycan və Sloveniya ümumilikdə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Bugünkü biznes-forum yalnız hər iki ölkənin şirkətləri arasında əlaqələr qurmaqdan ibarət deyil, eyni zamanda dövlətlər arasındakı əlaqələrin də inkişafına təkan verir. Bu gün Sloveniya texnologiya, innovasiya və İT sahələrində daha yüksək nailiyyətlərə doğru irəliləyir ki, bu da əməkdaşlıq əlaqələrinin yaxınlaşmasını şərtləndirir".

Onu da qeyd edək ki, müzakirələrdən sonra Birgə İşçi Qrupunun Azərbaycan və Sloveniya tərəfindən həmsədləri - Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanin İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye iclasın yekunlarına dair Protokolu imzalayıblar. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

Azərbaycanda amnistiya təşəbbüsünün siyasi və ictimai əhəmiyyəti  

16:12
16 Dekabr

“Ford”dan önəmli strateji addım  

16:03
16 Dekabr

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!