18 May 2025 08:05
702
SİYASƏT
A- A+
Avropa Azərbaycanın geosiyasi əhəmiyyətini başa düşür

Avropa Azərbaycanın geosiyasi əhəmiyyətini başa düşür


"Avropa Siyasi Birliyinin 6-cı sammiti bu dəfə Qərbi Balkanlarda - Albaniyada baş tutdu. "Yeni dünyada yeni Avropa" mövzusuna həsr olunmuş zirvə toplantısında Azərbaycan Prezidentinin də iştirakı təsadüfi deyil. Bu, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində həm Şərq, həm Qərb istiqamətində əldə edilmiş uğurların nəticəsidir". 

Bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Bu günlərdə Azərbaycanla dünyanın iqtisadi nəhəngi olan Çin arasında strateji əməkdaşlıq sahəsində birgə bəyanat imzalandığını xatırladan Nigar Məmmədova deyib ki, eyni zamanda İran Prezidentinin Azərbaycana uğurlu səfəri baş tutub: "İki ölkə arasındakı münasibətlərdə artıq yeni səhifənin açıldığını söyləyə bilərik. Azərbaycanın həm də Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan önəmi artır. Təsadüfi deyil ki, Azərbaycan 10 Avropa ölkəsinə qaz satır. Ölkəmizin üzərindən keçən Qərblə Şərqi birləşdirən Orta dəhliz üzrə daşımalar da ilbəil artmaqdadır. Regionda Azərbaycanın müsbət mövqeyi olmadan ciddi transregional layihə effektiv icra olunmur, bunu həm region,  həm dünya ölkələri, o cümlədən Avropa dövlətləri də anlayır. Eyni zamanda neokolonializmlə mübarizə, Qlobal Cənub ölkələrinə dəstək kimi qlobal təşəbbüslərin müəllifi olan Azərbaycan öz maraqlarını qlobal səviyyədə təmin etməyə müvəffəq olur". 

Deputat qeyd edib ki, bütün tərəfdaşlar Azərbaycanın mövcud imkanlarını, təhlükəsiz və dayanıqlı əməkdaşlıq təkliflərini dəyərləndirməyə çalışırlar. Bununla yanaşı, rəsmi Bakı qlobal məsələlərin həllində həm də vasitəçi olmaq kimi uğurlu təcrübəyə malikdir. Bütün bu keyfiyyətlər Azərbaycanı beynəlxalq siyasi gündəmin müzakirə edildiyi platformalarda əsas iştirakçıya çevirir. Siyasi, iqtisadi və hərbi gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın yeni dünya nizamının formalaşması ilə bağlı öz baxışı var. 

N.Məmmədova xatırladıb ki, Avropa Siyasi Birliyinin 2022-ci ilin oktyabrında Praqada keçirilən toplantısında da ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğu xüsusi vurğulanmışdı. "Tiranadakı Zirvə görüşündə isə əsas diqqət yetirilən məsələlərdən biri çoxtərəflilik oldu. Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olub. Dövlət başçımızın da söylədiyi kimi, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə rəsmi Bakı tərəfindən əyani şəkildə nümayiş etdirilib. Yeri gəlmişkən, Tirana görüşündə beynəlxalq ticarət və iqtisadi əməkdaşlığın qarşılıqlı asılılıq yaratmasına, bunun güc və təzyiq alətinə çevrilməsinə diqqət çəkildi. Amma Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün layihələrdə tərəflərə qazan-qazan prinsipi təklif edilir", - deyə deputat bildirib.  

Siyasətçi vurğulayıb ki, Avropa hazırkı mürəkkəb geosiyasi şəraitdə dünyadakı nüfuzunun zəifləməsindən narahatdır. Ona görə də etibarlı, proqnozlaşdıra bilən tərəfdaşlara ehtiyac getdikcə artır. Bu xüsusda Azərbaycan ən uğurlu seçimdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!