22 Aprel 2026 09:30
548
Mədəniyyət
A- A+
Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu


Onun boya-başa çatdığı ailədə nə musiqiçi olub, nə də musiqi aləti. Ancaq musiqiyə sonsuz sevgi ruhunda böyüyüb Oqtay Rəcəbov. Xüsusilə anasının oxuduğu laylalar, onun musiqiyə böyük məhəbbəti gələcəyin bəstəkarının mənəvi aləmində dərin izlər buraxıb...

Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda dünyaya göz açıb. Valideynləri pedaqoq olub. Anası coğrafiya, atası isə riyaziy-yat müəllimi idi. 1948-ci ildə  Bakıdakı 31 saylı məktəbin 1-ci sinfinə gedən Oqtayı həm də Bakıdakı 1 saylı Uşaq Musiqi Məktəbinin skripka sinfinə qoyublar. Skripka alətində ifa etməyi öyrəndikcə musiqiyə heyranlığı daha da artıb.

Evlərində piano yox idi. 10 yaşı olanda ona köhnə bir piano alıblar. Həmin piano Oqtay Rəcəbovun ən böyük məşğuliyyətinə çevrilib. Vaxtı olan kimi onun arxasına keçib.

Orta məktəbi bitirdikdən sonra daxil olacağı ali təhsil müəssisəsini atasının təkidi ilə seçib. Oqtay Rəcəbovun ixtisasca riyaziyyatçı olan atası istəyirdi ki, oğlu  onun yolunu davam etdirsin. Odur ki, gənc Oqtay 1958-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika və istehsalatın əsasları fakültəsinə daxil olub. 1963-cü ildə həmin institutu bitirib. Azərbaycan EA-nın Fizika İnstitutunda aspirant təhsili almağa başlayıb.

Aspiranturanın ikinci kursunda oxuyanda bir gün Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovla qarşılaşıb. Oqtay Rəcəbov illər sonra həmin görüşü belə xatırlayıb: “O, məndən nə işlə məşğul olduğumu soruşdu. Dedim ki, Fizika İnstitutunda aspiranturanın ikinci kursunda oxuyuram. Lazer şüaları ilə əlaqədar dissertasiya yazıram, elmi işimin xeyli hissəsi də artıq hazırdır. Amma laboratoriyada otura bilmirəm. O, mənə belə cavab verdi: “Siz fiziklər atom bombası yaradıb dünyanı məhv etmək istəyirsiniz. Biz liriklər isə insanları gözəlliyə, gözəlliklər yaratmağa cəlb edirik. İndi sən özün fikirləş, hansından olmaq istəyirsən?” Mən həmin gün Fizika İnstitutuna gedib aspiranturadan çıxmaq haqqında ərizə verdim”.

Əslində, uzun illər çəkdiyi zəhmətin bəhrəsini görməyə, elmi ad almağa yaxın olduğu vaxtda belə bir qərar vermək asan məsələ deyildi. Ancaq musiqiyə vurğunluğu o qədər böyük idi ki, qəlbi yeni planların, xoş xəyalların həyəcanı ilə sanki köksünə sığmırdı. Artıq ali məktəblərə sənədlərin qəbuluna başlanılmışdı. O da sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verib imtahanlardan uğurla keçərək konservatoriyanın Bəstəkarlıq şöbəsinə daxil oldu. Xalq artisti, Dövlət mükafatları laureatı Cövdət Hacıyevin sinfinə düşdü. Sonralar müəllimi haqqında deyib: “Cövdət Hacıyev mənim yaradıcılığımda çox böyük iz qoyub. Bir müəllim, bir bəstəkar kimi mən həmişə ona səcdə etmişəm”.

Oqtay Rəcəbov 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 116 saylı axşam məktəbində fizika, 1 saylı musiqi məktəbində isə musiqi fənlərindən dərs deyib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) Azərbaycan xalq musiqisi kafedrasının professoru olub.

Onun təklifi və məsləhəti ilə Bakıda Respublika İncəsənət Gimnaziyası adlı tədris ocağı yaradılıb. Oqtay Rəcəbov 10 il həmin təhsil ocağına rəhbərlik edib. 1978-1992-ci illərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan, geniş tamaşaçı audoriyası toplayan “Məktəblilərin musiqi klubu” verilişinin yaradıcısı və aparıcısı da professor Oqtay Rəcəbov olub.

Bəstəkarın yaradıcılığı müxtəlif janrlarda yazdığı əsərlərlə zəngindir. Oqtay Rəcəbovun "Atatürk" operası, “Göyçək Fatma" cizgi film-operası, “Xeyir və Şər”, “Sərçəcik” uşaq operaları, “Əlin cibində olsun”, “Şeytanın yubileyi” musiqili komediyaları, 4 saylı simfoniyası, simli orkestr üçün 5 saylı simfoniyası Azərbaycan musiqi sənətində özünəməxsus yer tutur. O, həmçinin bu gün də tamaşaçılar tərəfindən maraqla qarşılanan 20-dək filmə musiqi bəstələyib. Oqtay Rəcəbov pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

Onun Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Əməkdar müəllim (1987), Əməkdar incəsənət xadimi (2019) adlarına layiq görülüb, “Tərəqqi” medalı (2006) ilə təltif olunub.

Görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov 2022-ci il dekabrın 15-də dünyasını dəyişib.

Oqtay Rəcəbovun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində qoyduğu izlər silinməzdir. Bəstəkarın müxtəlif janrlarda yazdığı əsərləri yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də uğurla səsləndirilir. Onun sevilə-sevilə ifa edilən, özünəməxsus, bənzərsiz əsərləri indi də musiqisevərlər tərəfindən böyük maraqla qarşılanır. Oqtay Rəcəbovun mahnıları bu gün də dillər əzbəridir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 157 nömrəli, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 22 may tarixli 237 nömrəli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 mart tarixli 106 nömrəli, “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında” 2024-cü il 20 may tarixli 267 nömrəli, “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 24 may tarixli 277 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 iyul tarixli 325 nömrəli və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 9 iyul tarixli 335 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

03:00
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” (Respublikanın Sumqayıt şəhəri üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” (Respublikanın Naftalan şəhəri və Astara, Şəmkir rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (respublikanın Naftalan şəhəri və Daşkəsən, Oğuz, Samux, Yardımlı, Füzuli rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:58
19 May

“Bank Respublika” ASC tərəfindən lombard krediti müştəriləri arasında keçirilən “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərinin SİYAHISI

02:57
19 May

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib 

23:59
18 May

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!