13 May 2025 08:25
531
SİYASƏT
A- A+
AŞPA prezidentinin fikirləri siyasi mədəniyyətsizlikdən irəli gəlir

AŞPA prezidentinin fikirləri siyasi mədəniyyətsizlikdən irəli gəlir


"AŞPA regionda ən böyük insan hüquqları pozuntusuna - bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına illərlə biganə qaldı. Qurum özünün anti-Azərbaycan mahiyyətini və Azərbaycan xalqına qarşı irqçi yanaşmasını dövlətimiz öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra da açıq şəkildə ortaya qoydu".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O bildirib ki, ölkəmizin tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri anti-Azərbaycan dairələrin, o cümlədən Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos, Şvabe kimilərin yuxusunu ərşə çəkib. İnsan hüquqlarına hörmət etməyən bu şəxslərin AŞPA-da təmsil olunmaları fundamental insan hüquqları anlayışına ləkədir. "Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı ölkəmizin əleyhinə səsləndirdiyi yalan, cəfəng dolu fikirlər qəbuledilməzdir.  Azərbaycan Xarici İşlər Nazirliyinin bildirdiyi kimi, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə xalqımızın haqlı nifrətini qazanıb. AŞPA prezidenti Teodoros Rusopulosun ölkəmizin əleyhinə səsləndirdiyi yalan dolu fikirlər, onun qərəzliliyi siyasi mədəniyyətsizlik, tərbiyəsizlik və nadanlıqdır. Bu, diktator Rusopulosun rəhbərlik etdiyi qurumda hökm sürən acınacaqlı vəziyyətin göstəricisidir. Frank Şvabe də ondan geri qalmır", - deyə Vüqar Rəhimzadə  əlavə edib. 

Deputat qeyd edib ki, bu şəxsin fəaliyyəti korrupsiya, rüşvət qalmaqalları, islamofob çıxışlarla zəngindir. Frank Şvabenin ənənəsinə uyğun olaraq qeyri-ciddi, yalan, çəfəng fikirlərlə gündəmə gəlməsi onun sifarişli fəaliyyətini təsdiq edir. Azərbaycanı qaralamaq üçün erməni lobbisindən və anti-Azərbaycan dairələrdən aldığı sifarişləri yerinə yetirən Şvabenin bu cəhdləri heç bir fayda verməyəcək. 

V.Rəhimzadə vurğulayıb ki, Qərbin bəzi dairələrinin riyakar, ikili siyasətinin bariz nümunəsi olan bu kimi hallar güclü, qüdrətli dövlət olan Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək iqtidarında deyil: "Şübhəsiz, mayası ölkəmizə qarşı qərəzdən yoğrulan belə çirkin təbliğatlara tutarlı cavab Azərbaycanın bugünkü reallıqlarıdır".


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

11:49
13 Aprel

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın  

11:33
13 Aprel

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

Media: ABŞ İrana qarşı məhdud hücumları bərpa etməyi düşünür

09:43
13 Aprel

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

09:34
13 Aprel

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

09:31
13 Aprel

MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək  

09:29
13 Aprel

ABŞ Mərkəzi Komandanlığı İran limanlarının blokadasına başlayacağını açıqlayıb

09:01
13 Aprel

Əraqçi: İran İslamabadda ABŞ tərəfindən maksimalizm, şərtlərin daim dəyişməsi və sərtliklə üzləşdi  

08:32
13 Aprel

Orban Tisza Partiyasının liderini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

00:21
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!