25 Yanvar 2026 11:01
688
SİYASƏT
A- A+
Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur


 Məlum olduğu kimi, Davos İqtisadi Forumundan əvvəl 2026-cı il üçün qlobal risklər açıqlanıb. Əsas təhlükə yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklərin artması ilə bağlıdır. Görünən budur ki, növbəti iki ildə qeyri-sabitlik proqnozlaşdırılır. Belə ki, geoiqtisadi rəqabət və iqtisadi silahlanma, dövlətlərarası münaqişələr, regional qeyri-sabitlik, beynəlxalq əməkdaşlığın zəifləməsi, texnologiya-əsaslı risklər, iqtisadi qeyri-sabitlik qlobal problemlər sırasında olacaq.

Feyk xəbərlər və dezinformasiya ikiillik proqnozda ikinci yerdədir. Ölkəmiz üçün 2026-cı il hesabatında da yer alan əsas risklər kibertəhlükəsizlik, yanlış məlumat və dezinformasiyadır.

Azərbaycan əslində uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir. 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi, post-münaqişə dövründə də bu çirkin kampaniya davam edir. Mütəmadi olaraq insan hüquqları və demokratiya bəhanəsilə ölkəmizə qarşı qara piar kampaniyası aparılır. Məqsədli şəkildə ölkəmizə qarşı faktların təhrif edilməsi, sosial şəbəkələrdə troll şəbəkələrinin aktivləşməsi, xarici mediada qərəzli məqalələrin yayılması kimi vasitələrə əl atılır. Təəssüf ki, bu prosesdə antimilli ünsürlərdən alət kimi istifadə olunur. Ölkə hüdudlarından kənarda “bloger” adı altında fəaliyyət göstərən milli satqınlar  kommersiya maraqları naminə dövlətçilik maraqlarını qurban verirlər. Ümumiyyətlə, xarici qərəzli mərkəzlər üçün antimilli qüvvələr ən rahat alətdir. Onlardan mütəmadi şəkildə bu və ya digər formada maşa kimi istifadə olunur.

Bu cür dezinformasiya Azərbaycanın beynəlxalq nüfuzuna və milli maraqlarına zərər vurmağı hədəfləyir.

Ölkəmizi hədəf alan dezinformasiya siyasətinə qarşı mübarizə zəruridir. Bu, ilk növbədə milli təhlükəsizliyin qorunması üçün vacibdir. Beynəlxalq ictimaiyyətə obyektiv həqiqətlərin çatdırılması təmin olunmalıdır.

Burada media savadlılığının artırılması, beynəlxalq media və platformalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Dezinformasiya XXI əsrin ən təhlükəli “silah”larından biridir. Ona qarşı mübarizə yalnız dövlətin deyil, medianın, vətəndaş cəmiyyətinin və hər bir fərdin məsuliyyətidir. Azərbaycan üçün bu mübarizə həm milli maraqların müdafiəsi, həm də beynəlxalq informasiya məkanında ədalətli mövqeyin qorunması baxımından həyati əhəmiyyət daşıyır.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!