03 İyun 2026 09:24
2043
DÜNYA
A- A+
Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb

Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb


Beynəlxalq alimlər qrupu Altsheymer xəstəliyi zamanı beynin immun hüceyrələrinin müdafiə funksiyalarını bərpa edə bilən eksperimental OLE molekulunu hazırlayıb. Tədqiqatın nəticələri “Cell Death and Disease” jurnalında dərc olunub.

Altsheymer xəstəliyi beyində sinir hüceyrələrini zədələyən toksik zülal yığıntıları – beta-amiloid lövhəciklərinin toplanması ilə müşayiət olunur. Normal şəraitdə bu yığıntıların aradan qaldırılması ilə beynin immun hüceyrələri olan mikroqliya məşğul olur. Lakin xəstəlik irəlilədikcə mikroqliya belə yığıntılarla effektiv mübarizə aparmaq qabiliyyətini itirir.

Tədqiqatçılar müəyyən ediblər ki, OLE molekulu mikroqliyanı yenidən proqramlaşdırmağa və ona müdafiə xüsusiyyətlərini qaytarmağa kömək edir. Birləşmənin təsirindən sonra immun hüceyrələri beta-amiloid lövhəciklərinə doğru daha fəal hərəkət etməyə və onları əhatə etməyə başlayıb. Bunun nəticəsində toksik yığıntıların neyronlarla təmasını məhdudlaşdıran və onların zərərli təsirini azaldan bir növ maneə formalaşıb.

Molekulun effektivliyi əvvəlcə beta-amiloid istehsal edən genetik modifikasiya olunmuş yumru qurdlar üzərində yoxlanılıb. Müalicə toksik zülalların toplanmasını azaldıb və heyvanların hərəkət qabiliyyətini yaxşılaşdırıb. Daha sonra alimlər üç ay ərzində Altsheymer xəstəliyinin modeli yaradılmış siçanlara OLE yeridiblər. Nəticədə heyvanlarda amiloid lövhəciklərinin sayı azalıb, yaddaş və öyrənmə göstəriciləri yaxşılaşıb.

Ayrı-ayrı hüceyrələrin fəaliyyətinin əlavə təhlili göstərib ki, terapiyaya ən fəal reaksiya verən məhz mikroqliya olub. OLE-nin təsiri altında hüceyrələr beta-amiloidin aradan qaldırılması mexanizmlərini işə salıb və zədələnmə ocaqlarına doğru hərəkət etmək qabiliyyətini bərpa edib.

Hüceyrə kulturları üzərində aparılan təcrübələr də bu nəticələri təsdiqləyib. OLE ilə işlənmiş mikroqliya toksik zülal yığıntılarını daha effektiv şəkildə aradan qaldırıb, neyronlar isə Altsheymer xəstəliyini təqlid edən şəraitdə daha yaxşı yaşama qabiliyyəti nümayiş etdiriblər.

Tədqiqatın müəlliflərinin sözlərinə görə, bu nəticələr müalicənin amiloid lövhəciklərinin özünə deyil, beynin təbii müdafiə sisteminin bərpasına yönələn yeni üsullarının hazırlanması imkanını göstərir. Nəticələr hələlik yalnız heyvan modelləri və hüceyrə kulturları üzərində əldə olunsa da, Altsheymer xəstəliyinin öyrənilməsi istiqamətində perspektivli yeni bir istiqamət açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

14:17
21 Sentyabr

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

14:08
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!