22 İyun 2025 13:37
958
COP29
A- A+
Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

COP29 Sədrliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin birgə təşkilatçılığı ilə Bonn şəhərində Paris Sazişinin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi (ETF) üzrə fəaliyyətlərə, İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasına, eləcə də bu sahədə təcrübə mübadiləsinə həsr olunmuş xüsusi tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) gələcək fəaliyyət istiqamətləri təqdim olunub.

Tədbirin açılışında çıxış edən COP29 Sədrliyinin Baş danışıqçısı Yalçın Rəfiyev iqlim şəffaflığının qlobal iqlim fəaliyyətinin qiymətləndirilməsi və gələcək siyasətlərin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, COP29 Sədrliyi tərəfindən bu istiqamətdə atılan addımlar, o cümlədən iqlim şəffaflığı məsələsinin siyasi gündəmdə saxlanılması və konkret tədbirlərin təşviqi barədə iştirakçılara məlumat verib.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və beynəlxalq tərəfdaşlar, dövlətlər, təşkilatlar, həmçinin vətəndaş cəmiyyətləri tərəfindən dəstəklənən Bakı Qlobal İqlim Şəffaflığı Platformasının əhəmiyyətinə toxunan Y. Rəfiyev bu təşəbbüsün hesabatlılıq sahəsində institusional və texniki imkanları məhdud olan ölkələrə dəstək göstərəcəyini, eyni zamanda, iqlim şəffaflığının hər bir COP prosesində prioritet kimi saxlanılmasına töhfə verəcəyini qeyd edib. O əlavə edib ki, BTP yalnız siyasi iradənin qorunması deyil, həm də təlimlər, texniki dəstək və regional və çoxtərəfli səviyyədə dialoqların təşkili ilə də xarakterizə olunacaq.

UNFCCC-nin İqlim Şəffaflığı Bölməsinin direktoru Syuexon Vanq (Xuehong Wang) çıxışında COP29 Sədrliyi tərəfindən şəffaflıq sahəsində görülən işləri yüksək qiymətləndirərək, Azərbaycana təşəkkürünü ifadə edib. O, ETF çərçivəsində 2025-ci il üçün müəyyən olunmuş prioritetləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın BTR-lərin hazırlanması və təşviqi sahəsində göstərdiyi siyasi iradə və keçirdiyi təlimlər nəticəsində ötən il 100-dən çox ölkə öz hesabatlarını təqdim edib.

O əlavə edib ki, şəffaflıq mexanizmləri ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinin (NDC) icrasının izlənilməsi, iqlim maliyyəsinin səmərəli cəlb olunması və potensialların artırılması üçün ehtiyacların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Keniya, Qayana və İspaniya nümayəndələri BTR-lərin hazırlanması zamanı üzləşdikləri çağırışlar və qazandıqları uğurlar barədə təqdimatlar ediblər. Tədbirdə çıxış edən iştirakçılar Azərbaycan tərəfindən həyata keçirilən təşəbbüsləri təqdir etdiklərini bildirərək, Bakı Qlobal İqlim Şəffaflığı Platformasına dəstək verməyə və bu çərçivədə gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib  

23:08
15 İyul

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb  

22:34
15 İyul

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

20:49
15 İyul

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

20:26
15 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

19:41
15 İyul

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

19:01
15 İyul

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir  

18:37
15 İyul

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:01
15 İyul

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

17:57
15 İyul

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır  

17:31
15 İyul

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB

17:30
15 İyul

Ukraynanın Baş naziri istefa verib

17:27
15 İyul

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb  

17:25
15 İyul

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir  

16:54
15 İyul

Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur  

16:44
15 İyul

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

16:40
15 İyul

Azərbaycan və İraq arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub  

16:24
15 İyul

Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib  

16:12
15 İyul

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

16:02
15 İyul

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək  

15:43
15 İyul

Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb  

15:37
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!