06 Noyabr 2025 12:51
5783
Elm və texnika
A- A+
Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  

Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir  


Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti dövründə zəngin inkişaf yolu keçib, ölkəmizin elmi potensialının formalaşmasında, milli elmi məktəblərin yaradılmasında və nüfuzlu alimlərin yetişməsində mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin İkinci sessiyasında çıxışı zamanı bildirib.

AMEA-ya rəhbərlik etmiş dahi şəxsiyyətlər və onların elmimizin inkişafındakı xidmətlərindən bəhs edən akademik Asəf Hacıyev AMEA-nın ilk prezidenti - görkəmli cərrah Mirəsədulla Mirqasımovun Almaniyada qazandığı təcrübə sayəsində Azərbaycanda tibbi cərrahiyyə məktəbinin əsasını qoyduğunu vurğulayıb. O, həmçinin AMEA-nın inkişafında mühüm rolu olmuş akademik Yusif Məmmədəliyevin xidmətlərindən danışaraq, alimin iki dəfə AMEA prezidenti seçildiyini və onun kimya elminə verdiyi töhfələr sayəsində Azərbaycan neft-kimya məktəbinin dünya miqyasında tanındığını qeyd edib. Bildirib ki, SSRİ Elmlər Akademiyasının akademiki Nikolay Zelinskinin tələbəsi olmuş Yusif Məmmədəliyevin işləyib hazırladığı xüsusi qatqı İkinci Dünya müharibəsi illərində SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsində böyük rola malik olub.

Asəf Hacıyev 1950-ci ildə AMEA-ya rəhbərlik etmiş akademik Musa Əliyevin və 1962–1967-ci illərdə Akademiyanın prezidenti olmuş akademik Zahid Xəlilovun fəaliyyətindən də danışıb. O, akademik Musa Əliyevin rəhbərliyi altında yeni elmi-tədqiqat institutlarının, bölmələrin yaradıldığını, böyük elmi layihələrin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü söyləyib, alimin Azərbaycanın elmi inkişafında oynadığı müstəsna rolu vurğulayıb. Həmçinin SSRİ məkanında funksional analiz üzrə ilk monoqrafiyanın müəllifi olan akademik Zahid Xəlilovun riyaziyyat sahəsindəki tədqiqatları ilə Akademiyanın beynəlxalq nüfuzunun artırılmasına mühüm töhfələr verdiyini qeyd edib. O, 1970–1983-cü illərdə AMEA-nın prezidenti olmuş, Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisi, SSRİ və Azərbaycan elminin görkəmli fiziki, akademik Həsən Abdullayevin elmi fəaliyyətindən bəhs edib, alimin A.F.İoffe adına Texniki Fizika İnstitutunda başladığı elmi işləri və A.F.İoffenin şagirdi kimi əldə etdiyi dərin biliyi və təcrübəni xüsusi olaraq vurğulayıb. Bildirib ki, akademik Həsən Abdullayevin fəaliyyəti praktik məsələlərin elmi həlli ilə diqqət çəkib. Onun tədqiqatları, xüsusən yarımkeçiricilər sahəsindəki yeniliklər, elmi nəzəriyyəni təcrübə ilə birləşdirərək mühüm texnoloji inkişafa təkan verib.

Akademik çıxışında SSRİ Dövlət Mükafatı, eləcə də Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, akademik Tofiq Əliyev, Azərbaycan elektrofizika məktəbinin banisi, SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Çingiz Cuvarlı, Azərbaycan biologiya elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında misilsiz xidmətləri olmuş, böyük elmi məktəb yaratmış görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin elmi fəaliyyətindən də bəhs edib, onların Azərbaycan elminin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm xidmətlərini diqqətə çatdırıb.

“Elmə ayrılan vəsait yalnız bilik istehsalını deyil, həm də iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir”, – deyən akademik Asəf Hacıyev əlavə edib ki, bu baxımdan Azərbaycanda da elmi tədqiqatlara ayrılan maliyyə vəsaitlərinin mərhələli şəkildə artırılması ölkənin elmi və texnoloji müstəqilliyinin təmininə xidmət edəcək.

Asəf Hacıyev qeyd edib ki, biliyin kapitala çevrilməsi, yəni elmi nəticələrin innovativ məhsul və texnologiyalara transformasiyası məsələsinə xüsusi diqqət yetirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

Rusiyada 5 bal gücündə zəlzələ baş verib  

15:40
16 Dekabr

Sos kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:39
16 Dekabr

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!