19 Fevral 2025 16:03
520
SİYASƏT
A- A+
Aİ Ermənistanı müharibəyə təhrik edir  

Aİ Ermənistanı müharibəyə təhrik edir  

Yanvarın 27-də daha iki il müddətinə mandatı uzadılmış Avropa İttifaqının “mülki” adı altında fəaliyyət göstərən missiyasının məqsədi elə başından bəllidir. İlkin mərhələdə qısa müddətdə və sayca az tərkibdə gəlmələri barədə Azərbaycanla razılıq əldə edilsə də, sonradan bu olmadan mandatın müddətinin uzadılması və tərkibinin genişləndirilməsi missiyanın kəşfiyyatçı və təxribatçı fəaliyyətindən xəbər verir.

 Bununla Ermənistanı guya Azərbaycandan qoruduqlarını göstərmək istəyən Qərbin regionla bağlı niyyəti bəllidir. Azərbaycan Ermənistanda sülh prosesi ilə bağlı danışıqlarda heç bir vasitəçiyə ehtiyac olmadığını və bunun iki ölkə arasında həll ediləsi məsələ olduğunu dəfələrlə bildirib. Bununla belə, sülhdən dəm vuranlar Ermənistana müxtəlif yollarla dəstək göstərməklə təcavüzkar ölkəni yenidən münaqişəyə təhrik edirlər. Bu da sülh istiqamətində görülən işlərə, atılan addımlara təsir etməklə, təhlükəsizliyin və sabitliyin qarşısını alır. Beləliklə, regionda yeni münaqişə ocaqlarının yaranmasına rəvac verir. 

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında qeyd edib ki, Makron Fransasının Cənubi Qafqazla bağlı niyyəti Ermənistanın təhlükəsizliyini təmin etmək deyil, bu ölkəni oda salmaqdır, ondan geosiyasi alət kimi faydalanmaqla, öz maraqlarının təmininə çalışmaqdır. Bu maraqlar da Fransanın potensialına və çəkisinə uyğun deyil. “Ona görə bu ölkənin adını xüsusi vurğulayıram ki, çünki Avropa İttifaqının “mülki” missiyasının bizim regiona göndərilməsində ən çox canfəşanlıq edən Fransadır. “Mülki" missiyanın əsas fəaliyyəti sərgiləmək istədikləri kimi Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə deyil, guya bu ölkəyə qarşı hər hansı təhdidlərin olması barədə görüntü yaratmaqla onun silahlandırılmasına yönəlib. Ona görə də Ermənistanla sərhəddə tez-tez boy göstərirlər, guya bunların orada varlıqları Azəbaycanın qarşısını alır görüntüsü yaradırlar”, - deyə siyasətçi əlavə edib.

Deputat Prezident İlham Əliyevin dəfələrlə Azərbaycanın heç kimin torpağında gözünün olmadığı və Ermənistanla münaqişəni bitmiş saydığı baarədə fikirlərini xatırladıb. Onun fikrincə, bütün baş verənlərin arxasında duran reallıq bundan ibarətdir. Çox təəssüf ki, Ermənistan hakimiyyəti öz milli maraqlarına dayanan siyasət yürütmək əvəzinə, Nikol Paşinyanın ABŞ-də Atlantik Şurasındakı çıxışında bildirdiyi kimi, əvvəllər olduğutək bir deyil, bir neçə dövlətdən asılılığı müstəqillik səviyyələrinin artırılması kimi qiymətləndirir. Ortadakı reallıq budur. Amma bununla da Ermənistanı plasdarma çevirdiklərinin fərqində deyillər.

S.Alıyev vurğulayıb ki, Ermənistan gözünü açıb hazırda Ukraynada nələrin baş verdiyinə baxmalı və görməlidir ki, bu ölkəni plasdarma çevirənlər indi hansı sövdələşmənin arxasınca qaçırlar. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!