11 Fevral 2025 09:25
2616
Oxucu məktubları
A- A+
Ağstafa mərkəzi xəstəxanasında niyə hemodializ şöbəsi yaradılmır?

Ağstafa mərkəzi xəstəxanasında niyə hemodializ şöbəsi yaradılmır?


Son illər ölkəmizdə səhiyyə sahəsində çox yenilik var. Artıq insanlar bir çox xəstəliyin müayinə və müalicəsi üçün xarici ölkələrə üz tutmurlar. Ölkə daxilində ən müasir tibb müəssisələrinin, yüksəkixtisaslı həkimlərin olması  imkan verir ki, istənilən xəstəlik yerində müalicə edilsin. 

Ancaq məni bir məsələ daha çox narahat edir. Mən uzun illərdir ki, hemodializ xəstəsiyəm. Müalicə üçün həftədə bir neçə dəfə  ya Qazaxa və Tovuza, ya da Gəncəyə getmək məcburiyyətində qalıram ki, bu da mənə olduqca həm maddi, həm də fiziki  çətinlik yaradır. Halbuki  hemodializ xəstələrinin müalicəsi üçün Ağstafada da şöbə təşkil etmək mümkündür. 

Hörmətli redaksiya! Bütün bölgələrimizdə olduğu kimi, Ağstafada da müasir xəstəxana binası inşa edilib. Yaxşı olardı ki, həmin binada hemodializ şöbəsi yaradılsın. Onu da nəzərə çatdırım ki, Ağstafada böyrək çatışmazlığından mənim kimi əziyyət çəkən xəstələrin sayı az deyil. Xahiş edirəm, bu işdə bizə kömək göstərib səsimizi Səhiyyə Nazirliyinə və TƏBİB-ə çatdırasınız. 


Şahmar HACIYEV,                                                                         

Ağstafa rayon sakini, hemodializ xəstəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!