06 Fevral 2025 08:00
2191
SİYASƏT
A- A+
2025-ci il yeni uğurlar dövrü olacaq

2025-ci il yeni uğurlar dövrü olacaq


Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz möhtəşəm nailiyyətlərə imza atacaq


Azərbaycanda hər ötən ilin bütün sahələr üzrə nailiyyətlərlə əlamətdar olması müasir tariximizin əsas göstəricilərindən biridir. Hətta qlobal iqtisadi böhanların pik həddə olduğu dövrlərdə belə respublikamız sınaqlardan layiqli şəkildə çıxıb. Bütün dünyanı bürümüş pandemiyanın yaratdığı çətinliklər də Azərbaycanı öz yolundan saxlaya bilməyib. 


Əlamətdar il


Xatırladaq ki, 2024-cü il də qeyd edilən məsələlər baxımından uğurlu mərhələ  kimi tarixə düşdü. Ötən il  ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması olduqca mühüm iqtisadi uğurlarımızdır. Habelə respublikamızın strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb və bu, Azərbaycanın xarici borcunu 14 dəfə üstələyir. "Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər", - deyə Prezident İlham Əliyev bildirib.

Ötən il həm də Azərbaycanın milli maraq və mənafelərinin qətiyyətlə təmin olunduğu dövr kimi yadda qalıb. Belə ki, 2024-cü ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olunub. İlin başqa bir uğurlu hadisəsi Rusiya Federasiyasının sülhməramlı kontingentinin respublikamızın ərazilərini tam tərk etməsidir.  

2024-cü il Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük qayıdış proqramının həyata keçirilməsi baxımından da mühüm mərhələ oldu. Məskunlaşmanın olduğu yaşayış ünvanlarının sırasına Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Xocalı rayonunun Ballıca, Laçın rayonunun Sus kəndləri də əlavə olundu. İşğaldan azad edilmiş rayonlara qayıdan keçmiş məcbur köçkünlərin sayı artıq 10 min nəfəri ötüb.

Ötən il Azərbaycan bir sıra qlobal nailiyyətlərə də imza atıb. Bu sırada Bakıda COP29-un keçirilməsi, respublikamızın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi Azərbaycanın tarixinə mühüm nailiyyətlər kimi həkk olundu. 

Azərbaycan həm də sabitliyin və təhlükəsizliyin ən yüksək səviyyədə bərqərar olduğu dövlətlərdən biridir. Beynəlxalq miqyasda özünü göstərən belə gərgin şəraitdə Azərbaycanda sabitliyin hökm sürməsi dövlətimizin və xalqımızın ən böyük uğurlarından biridir. Respublikamızın əldə etdiyi bütün nailiyyətlərin kökündə dayanan əsas amillərdən biri də məhz sabitlikdir. 


30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşacaqlar


2024-cü ilin mənzərəsi 2025-ci ildə də dövlətimizin qarşısında dayanan bütün milli vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir. Bu sırada iqtisadi sferadakı artımın cari il ərzində də davam edəcəyi,  artım dinamikasının saxlanılacağı şübhəsizdir. Hazırkı xarici və daxili makroiqtisadi mühit, qlobal iqtisadi vəziyyət və əsas meyillər bunu deməyə əsas verir. Artıq minimum əməkhaqqı və minimum pensiyalar artıb. O cümlədən bir sıra sahələrdə çalışanların maaşları artıb və bu da onu göstərir ki, vətəndaşların sosial rifahının yüksəldilməsi diqqət mərkəzindədir.

Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması prioritet milli vəzifə kimi bu il də xüsusi diqqət mərkəzində olacaq. 2025-ci ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 4 milyard manat ayırılıb və bu da ondan xəbər verir ki, Böyük qayıdış proqramı üzrə il ərzində nəzərdə tutulan bütün tədbirlər yerinə yetiriləcək. "Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar", - deyə Prezident İlham Əliyev bildirib. 

Prezident İlham Əliyev bir neçə gün əvvəl  "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Proqram çərçivəsində bu ildən etibarən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sisteminin və infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlərin həyata keçirilməsinə başlanılır. Bu baxımdan 2025-ci il həm də paytaxtda ictimai nəqliyyatın optimallaşdırılması və genişləndirilməsi, mobilliyin təmin olunması istiqamətində görüləcək işlərin başlanğıcı olacaq.

Bu il Azərbaycan növbəti beynəlxalq idman tədbirinə III MDB Oyunlarına evsahibliyi edəcək. Gəncə şəhəri bu idman hadisəsinin mərkəzi olacaq. Eyni zamanda MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bütün bunlar Azərbaycana olan etimadın, dövlətimizin  yüksək beynəlxalq nüfuzunun göstəriciləridir. Bu tədbirlər çərçivəsində Azərbaycana çoxsaylı idmançılar, xarici qonaqlar gələcəklər. 2025-ci il həm də respublikamızda "Konstitusiya və Suverenlik İli" elan edilib. Həm III MDB Oyunları, həm Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olması ilə əlaqədar, həm də "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçiriləcək tədbirlər bir daha Azərbaycanın uğurlarının təqdimatına çevriləcək, zəfərlərimizi dünyaya bəyan edəcək.

2025-ci il də Azərbaycan üçün əlamətdar hadisələrlə, uğurlarla zəngin olacaq. Hər bir sahədə inkişafın, irəliləyişin əldə olunacağı şübhəsizdir. Həm də dövlətimizin ən ağır problemləri artıq geridə qalıb, torpaqlarımız işğaldan azad edilib, ərazilərimizdə erməni separatçılığına son qoyulub. Bu mənada qalib dövlət və qalib xalq adını qazanmaq inkişafı, işgüzarlığı, dinamizmi şərtləndirən başlıca amil kimi özünü göstərir.  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq, inkişaf və yüksəliş yolu ilə gələcəyə doğru inamla addımlayacaq. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

01:21
17 Yanvar

Volodimir Zelenski: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır  

23:40
16 Yanvar

Gio Kristofoli: Azərbaycan regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir  

22:39
16 Yanvar

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

21:06
16 Yanvar

Volodimir Zelenski: Ukraynada hər zərbədən sonra elektrik enerjisinin bərpası işləri aparılır  

21:01
16 Yanvar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib  

20:37
16 Yanvar

WUF13 ərəfəsində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıb  

20:22
16 Yanvar

Ağdam və Kəlbəcərdə məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib  

20:03
16 Yanvar

Cenevrədə WUF13 ilə bağlı beynəlxalq diplomatik brifinq keçirilib  

19:56
16 Yanvar

UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri: İntensiv zərbələr enerji və su təchizatı sistemlərini dağıdır  

19:41
16 Yanvar

Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir  

19:27
16 Yanvar

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol imzalanıb  

19:07
16 Yanvar

Ombudsman Aparatının əməkdaşları ölkəyə repatriasiya edilmiş şəxslərin vəziyyəti ilə maraqlanıblar  

18:47
16 Yanvar

Türk ekspert: Prezident İlham Əliyevin çağırışı Türk dünyasının təhlükəsizlik arxitekturasını formalaşdırır  

18:33
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

18:32
16 Yanvar

Türkiyədə mərc oyunlarında iştirak edən 153 nəfər cəzalandırılıb

18:16
16 Yanvar

Kiberpolis qanunsuz onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

18:01
16 Yanvar

Avropada qaz qiymətlərində son 2 ilin ən böyük həftəlik artımı qeydə alınıb  

17:55
16 Yanvar

Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  

17:54
16 Yanvar

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq  

17:53
16 Yanvar

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  

17:45
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!