09 Yanvar 2025 00:42
1051
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 2/6


2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 56 saylı Şabran -  Xaçmaz seçki dairəsindən Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əfqan Rahib oğlu 6 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, lakin o, araşdırmada və komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

Ə.R.Məmmədov müraciətində göstərmişdir ki, onun hər hansı bir əmlakı (pay torpağı istisna olmaqla) və həmin əmlakla bağlı müqavilə üzrə gəliri olmamışdır. Bu səbəbdən işçi qrupunun verdiyi məlumat yanlışdır.

Dairə seçki komissiyası Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ə.R.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarını onunla əsaslandırmışdır ki, namizəd təqdim etdiyi gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatda birillik dövr ərzində gəlirlərinin olmadığını göstərmiş, ancaq işçi qrupunun araşdırması zamanı onun həmin dövrdə qeyri-sahibkarlıq fəaliyyətindən 396 manat gəlirinin olduğu aşkar edilmişdir.

Araşdırma ilə əlaqədar seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək seçki sənədlərindəki məlumatların təkrar araşdırılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmişdir.

Araşdırmanın nəticəsi olaraq işçi qrupunun üzvləri tərəfindən verilmiş 7 yanvar 2025-ci il tarixli rəydə bələdiyyə üzvlüyünə namizəd Ə.R.Məmmədovun gəlirləri barəsində təqdim etdiyi məlumatda göstərmədiyi, lakin qeyri-sahibkarlıq fəaliyyətindən 28.11.2023-cü il tarixindən 28.11.2024-cü il tarixinədək olan dövr üzrə 276 manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir.

Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədlərin, siyasi partiyanın, siyasi partiyalar bloklarının Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrinə uyğun təqdim etdikləri məlumatların düzgün olmaması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Seçki Məcəlləsinin 216.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizədlər Seçki Məcəlləsinin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.

Göstərilənlərə əsasən müəyyən edilir ki, Ə.R.Məmmədovun Rəhimli bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının qərarı əsaslı olmuşdur. Ona görə də şikayətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, Ə.R.Məmmədovun Rəhimli bələdiyyəsinə namizəd kimi qeydə alınmasından imtinaya dair 56 saylı Şabran -  Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda qeyd olunanları əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216.1-ci maddələrinə əsasən qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Rəhimli bələdiyyəsinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Əfqan Rahib oğlunun 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 56 saylı Şabran - Xaçmaz seçki dairəsi dairə seçki komissiyasının 4 yanvar 2025-ci il tarixli 46/114 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.



Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov


08.01.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb  

22:57
17 Mart

Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb  

22:50
17 Mart

Şuşada İlaxır çərşənbə: Qala qapısı qarşısında bayram tonqalı qalanıb  

21:23
17 Mart

Milli Xalça Muzeyində Nigar Əliyevanın sərgisi açılıb  

20:51
17 Mart

Tramp NATO-dan çıxmaq barədə: Bu düşünməli olduğumuz bir məsələdir  

20:43
17 Mart

Xocavənd şəhərində 34 ildən sonra Novruz bayramının rəmzi olan tonqal alovlandırılıb  

20:19
17 Mart

Ağdam şəhərində Novruza həsr olunmuş bayram konserti

20:03
17 Mart

Tramp: Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur

19:47
17 Mart

Nazir: Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub

19:01
17 Mart

Milli Məclis Aparatının rəhbəri: Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlıq qurulub

18:21
17 Mart

İranla müharibəyə görə ABŞ-də ilk istefa

18:17
17 Mart

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:05
17 Mart

Məcnun Məmmədov: Kənd təsərrüfatı innovasiya, texnologiya və sahibkarlığın birləşdiyi strateji sahəyə çevrilir  

17:58
17 Mart

“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiqlənib  

17:43
17 Mart

Hörmüz boğazında böhran qlobal maliyyə sistemində sarsıntıları dərinləşdirir  

17:37
17 Mart

Neft qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri 40 faizdən çox artıb  

17:13
17 Mart

“Paris-2024”də 2-ci yeri tutan Azərbaycan boksçusunun da medalı dəyişdiriləcək  

17:08
17 Mart

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!