20 Yanvar 2024 03:31
5039
SİYASƏT
A- A+
20 Yanvardan böyük Zəfərə

20 Yanvardan böyük Zəfərə

 

1990-cı ilin 20 yanvar tarixi...
Azərbaycanın müstəqilliyi, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış mərd xalqımızın qəhramanlıq salnaməsi...
Zülmə, istibdada, haqsızlığa qarşı mübarizəyə qalxan cəsur oğul və qızlarımızın əbədiyyət məqamı...
Uca millətimizin inam və iradəsini qırmaq, milli-azadlıq eşqini boğmaq məqsədilə törədilmiş faciə, qan yaddaşımız...

 

Şəhidlərimizin qisasını aldıq

 

Düz 34 il əvvəl Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhadət zirvəsinə ucalanların haqqın dərgahına uğurlandığı Şəhidlər xiyabanında müqəddəs bir and içmişdik. 1990-cı il yanvarın 20-də xalqımızın azadlığı naminə qanlı sovet imperiyasına qarşı qorxmadan haqq səsini ucaldan, dəmir rejimlə yalın əllə çarpışan bu qəhrəman oğullarımıza, qızlarımıza bir söz vermişdik. Uğrunda can qoyduqları, gözlərini belə, qırpmadan ölümə getdikləri Azərbaycanın müstəqilliyini təmin edəcək, torpaqlarımıza göz dikən mənfur düşmənə layiqli cavab verərək ərazi bütövlüyümüzü qoruyacağıq. Bu amallar uğrunda ömrünü fəda edən şəhid övladlarımızın qanlarını yerdə qoymayacağıq. 
Budur, artıq həmin andımızın gerçəkləşdiyi müqəddəs məqama yetişmişik. 
Şuşada, Xankəndidə çaldığımız zəfərlər sayəsində iki əsrdir milli zəmində xalqımıza qarşı qətliamlar, soyqırımları törədən erməni qatillərindən qisasımızı almışıq. Qarabağdakı quldur yuvasını dağıdaraq qaniçən separatçıları Azərbaycan xalqının qarşısında baş əyməyə, diz çökməyə, yalvarmağa məcbur etmişik...
İndi Şəhidlər xiyabanına, ölkəmizin dörd bir yanında olan şəhid məzarlıqlarına özlərini torpaqlarımız uğrunda qurban verən qəhrəman övladlarımızın qanlarının yerdə qalmamasının təsvirəgəlməz mənəvi yüngüllüyü, Vətənin bütövlüyünün qürur hissi ilə yollanırıq. 

 

Milli mübarizə tariximiz

 

Hər şey Qarabağın Azərbaycandan qoparılması ilə bağlı şovinist erməni millətçilərinin illər boyu gizli şəkildə yürütdükləri separatçılıq siyasətlərini açıq müstəviyə keçirmələri - 1987-ci ilin sonlarında yenidən qondarma "Dağlıq Qarabağ" problemini ortaya atmaları ilə başlamışdı. Rüşvətlə ələ aldıqları sovet imperiyasının başında oturanlarının da dəstəyi ilə separatçılar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda tarixi yurdlarında və Qarabağın dağlıq hissəsində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma evlərindən qovulmasına yönəlik mənfur fəaliyyətə start vermişdilər. Həmin zaman Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən Azərbaycan xalqı  azadlıq hərəkatına başlayaraq, Bakının küçələrinə və meydanlarına çıxıb etirazını bildirir, gecə-gündüz milli mübarizəsini sürdürürdü. 
Amma 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu millətimizin azadlıq hayqırışını boğmaq üçün geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başladı, günahsız insanlarımızı qətlə yetirdi, yaraladı, həbs etdi. 
Sovet ordusunun böyük hərbi heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.  
O məşum gecənin səhəri - yanvarın 20-də sovet qətliamına qarşı ayağa qalxan qəzəbli insan izdihamı "Azadlıq" meydanına axışdı, müstəqillik uğrunda şəhid olan vətən övladlarının cənazələrinin Bakının ən hündür nöqtəsində torpağa tapşırılmasını tələb etdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Həmin vaxt Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.

 

Ulu Öndərin qətiyyətli vətənpərvərlik mövqeyi

 

1990-cı ilin məşum 20 Yanvar günündən sonra Azərbaycan xalqının  ürəyi yalnız bir amal üçün - müstəqillik üçün döyünməyə başladı və qanına susamış qəddar rejimə qarşı milli mübarizəyə qalxdı. 
Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. 
Ulu Öndər təhlükələrdən çəkinməyərək hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Heydər Əliyev SSRİ rəhbərliyinin qərarını kəskin tənqid atəşinə tutaraq rəsmi açıqlama verilməsini tələb etdi: "Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır".
Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 
Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. 

 

Vətən eşqi - Zəfər zirvəsi

 

Azərbaycan xalqı cəsarətlə sürdürdüyü milli mübarizə sayəsində nəhəng SSRİ-nin süqutuna birbaşa səbəb olub müstəqillik qazandı, amma bu dəfə də təcavüzkar Ermənistanın işğal siyasəti ilə üz-üzə qaldı. Qaniçən erməni separatçılarının Xocalıda, Ağdabanda, Başlıbeldə, Ballıqayada və digər ərazilərdə törətdiyi bəşər tarixində rastlanmamış soyqırımlara, qətliamlara tuş gəldi. 
Vətən müharibəsi dövründə də erməni cəlladları döyüş meydanından uzaq şəhər və kəndlərimizi atəşə tutaraq qətliamlar, soyqırımlar törətdilər. 
Uşaq qatili Serj Sarkisyanın vaxtilə xarici mətbuata müsahibəsi zamanı murdar əməllərindən həyasızcasına bəhs etdiyi kimi, 44 günlük müharibədə Gəncə terrorunu törədən Arayik Harutunyan da utanmadan əlini xalqımızın qanına buladığını ağzı köpüklənə-köpüklənə etiraf edirdi.
Erməni quldurları bu mənfur əməlləri ilə gözümüzü qorxudacaqlarını, torpaqlarımızın işğalı ilə barışacağımızı güman edirdilər...
Amma 2020-ci ildə haqq mübarizəsinə qalxaraq torpaqlarını işğaldan azad edən Azərbaycan cəmi üç ildən sonra Qarabağ bölgəsində suverenliyini tam təmin etdi. Milli kimliyimizə düşmən kəsilən, heysiyyətimizlə oynayan cinayətkar  separatçılar qolları qandallı, başları aşağı halda Azərbaycan qanunları qarşısında cavab vermələri üçün Bakıya gətirildilər. Xalqımıza qarşı cinayətlər törətmiş bütün erməni caniləri layiqli cəzalarını mütləq alacaqlar...  
Azərbaycan xalqı bu günləri görməyin arzusu ilə ürəyində düşmənə qəzəb, qisas hissi illərlə səbirlə dözüb yaşadı. Nəhayət, haqq-ədalət qələbə  çaldı, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan bütün igid övladlarımızın qisası alındı. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!