25 Yanvar 2025 08:45
442
İQTİSADİYYAT
A- A+
Z nəsli

Z nəsli


İnternetdən əvvəlki vaxtları görməyən bu nəslin nümayəndələri özlərindən yaşlılardan nə ilə fərqlənirlər


Sayca 55-ci olan Dünya İqtisadi Forumu (DİF) bu il "Ağıllı əsr üçün əməkdaşlıq" devizi altında keçirildi. Davosda dövlət, hökumət, biznes və vətəndaş cəmiyyətinin ən yüksək səviyyəli liderlərini, eləcə də tanınmış alimləri və ictimai siyasi xadimləri bir araya gətirən DİF bu dəfə də dünyanın diqqət mərkəzində oldu. 

Dünya İqtisadi Forumunda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları - texnoloji inqilab, süni intellektin təklif etdiyi imkanlar, yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatlar keçirildi. Onlardan biri də  "İnsanlara İnvestisiya" (Investing in People) istiqaməti üzrə Z nəslinin dünya xəritəsini dəyişməsi (Gen Z Changes the Map) fenomeni idi. 

Qeyd edək ki, Z nəsli 1996-cı ildən sonra doğulan və indi gəncliyini yaşayan şəxsləri əhatə edir. Həm də  zumerlər adlanan bu nəsil özündən əvvəlki  3 nəsildən çox fərqlidir. 1946-1964-cü illərdə doğulanlar Beybi Bumerlər, 1965-1980-ci illərdə doğulanlar X, 1981-1996-ci illərdə doğulanlar Y nəsli adlanır. Z nəsli gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsildir. Bu nəslin üzvlərini rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər"  də adlandırırlar. Onlar öz yaşlarında olan sələflərinə nisbətən daha "yavaş" yaşamağa meyillidirlər. 

 Z nəsli dövrün ən dinamik və dəyişkən nəsli olaraq cəmiyyətin formalaşmasında hər gün daha çox söz sahibinə çevrilir. Texnologiya əsrində dünyaya göz açan bu insanlar gələcəyin nələr gətirəcəyini yalnız izləməklə kifayətlənmir, həm də onları yaratmaq istəyirlər. Bu nəsil hər şeyin dərhal gerçəkləşdiyi, hər informasiyanın bir kliklə əldə olunduğu dünyada həm bu günün və gələcəyin lideri, həm də texnologiyanın ən güclü istifadəçiləridir. 

İlk baxışda internet əsrində doğulan Z üzvləri üçün rəqəmsal dünyanın əlçatanlığı sayəsində bir çox maneələr aradan qalxmış kimi görünür. Amma bu, belə deyil, hətta bəzən illüziya kimi görünür. Z nəsli həmçinin əvvəlki nəsillə müqayisədə daha böyük bir problemlə - işsizliklə üz-üzədir. 

Maraqlıdır ki, bu nəslə münasibət də fərqlidir. Hər kəsin baxış bucağı özünün istəyinə bağlıdır. Siyasi partiyalar onlardan alacaqları səs haqda düşünür, şirkətlər bu nəsillə necə ünsiyyət quracağını araşdırır, reklam verənlər isə əmək bazarının bu ən gənc mənsublarının istehlak vərdişlərini formalaşdırmağa çalışırlar. Məsələn, Türkiyədə 2023-cü ildə keçirilən  seçkilərdə bu nəslə mənsub olan 7 milyon gənc səs vermişdir. 

Dünya İqtisadi Forumunun proqnozlarına görə, Z nəsli 2030-cu ilə qədər qlobal işçi qüvvəsinin 30 faizini təşkil edəcək, 2035-ci ilə qədər isə ən böyük işçi qüvvəsi olacaq. Fakt: hazırda Böyük Britaniyanın "EY" şirkətinin əməkdaşlarının 33 faizi Z nəslindəndir və bu göstəricinin 2030-cu ilə qədər 70 faizə çatacağı gözlənilir. Bu,  həmin nəslin əmək bazarında sürətlə artan təsirini və onların gələcəkdəki rolunu göstərir. 

Z nəsli ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallının qənaəti belədir: "Z nəsli iş mühitinin dinamikalarını yenidən formalaşdırır. Adaptasiya bacarıqları, rəqəmsal səriştələri və kommunikasiyaya verdikləri önəm onları daim dəyişən işgüzar mühitdə uğur qazanmağa yönəldir. ABŞ-nin menecment və konsaltinq  xidmətləri göstərən  "McKinsey"  şirkətinin hesabatlarına əsasən, Z nəslinin 38 faizi "CEO", yəni baş icraçı direktor olmağı arzulayır ki, bu da digər nəsillərlə müqayisədə yüksək göstəricidir və yaxın gələcəkdə onların rəhbər mövqelərdə daha çox yer tutacağını göstərir".

Bu nəslin nümayəndələrinin ən çox istədikləri karyeradır. Ona görə də onlar sahibkar kimi tanınır və bunun daha geniş formasını axtarır, öz bacarıqlarını inkişaf etdirən layihələri reallaşdırmağa üstünlük verirlər. Praqmatikdirlər və maddi baxımdan  yaxşı düşünə bilirlər. Bir başqa xüsusiyyətləri də maliyyə təfəkkürlü olmalarıdır. Bu, ona görə belədir ki, xeyli Z üzvü zamanında valideynlərinin  maliyyə zərbəsi alaraq tənəzzülə uğradığını və bu sıxıntıdan çıxmaq üçün mübarizə apardıqlarını izləyərək böyüyüb. Amma azad ruhlu olsalar da, bir o qədər səbirsizdirlər. Ona görə də əvvəlki X və Y nəsilləri onları sərbəst davranışlarından və hər hansı bir işdə tez yüksəlmək arzularından dolayı tənqid edirlər. 

İqlim dəyişikliyi bir çox gənc, xüsusən də Z nəslinin üzvləri üçün aktual problem olub. "Amnesty International"ın 2019-cu ildə keçirdiyi sorğuya əsasən, Z nəslinin respondentlərinin 41 faizi qlobal istiləşməni dünyanın üzləşdiyi ən ciddi problem kimi göstərib. 

1000 insan arasında sorğu keçirən "CM Group"un araşdırmasına əsasən, bu nəslin nümayəndələri daha savadlı, praktik və iddialıdırlar. Bununla belə hər bir insan övladı kimi onların da bəzən islaholunmayan  mənfi xüsusiyyətləri var. Bu nəsil texnologiyaya aludə olur və qarşılıqlı əlaqənin öhdəsindən gələ bilmir. Onlar internetdən əvvəlki vaxtları dəqiq xatırlaya bilməyən ilk nəsil olmaları ilə məşhurdurlar. 

Z nəslinin qlobal tendensiyalara təsirindən  söz açan İİTKM məsləhətçisi deyir ki, bu nəslin işçi qüvvəsindəki rolu Azərbaycanda da artır: "Ölkəmizdə 15-29 yaş aralığında olan işçilərin əmək bazarındakı payı digər yaş qrupları ilə müqayisədə 23 faizə çatıb. Z nəslinin əmək bazarına daxil olması ilə Azərbaycan texnoloji tərəqqi, innovasiya və dayanıqlı iqtisadi inkişaf sahələrində yeni imkanlar əldə edir. Bu, həm yerli bizneslərə, həm də dövlət siyasətinə yeni çağırışlar və tövsiyələr gətirə bilər. Çünki Z nəslinin əmək bazarındakı mövqeyi ölkənin iqtisadi transformasiyasını sürətləndirən amillərdən biri olacaq".

Bütün bu deyilənlərin fonunda etibarlı qlobal dialoq və əməkdaşlıq platforması kimi müxtəlif maraqlı tərəfləri birləşdirməklə mürəkkəb dövrdə əlaqələri gücləndirmək və gələcəyə yönəlmiş həllər təqdim etmək məqsədini daşıyan DİF-in 55-ci toplantısının iştirakçıları Z nəslini yüksək dəyərləndirib və onların əmək bazarına, innovasiyalara, iqtisadi transformasiyalara təsirini və qlobal iqtisadiyyatın gələcəyində oynadığı rola müxtəlif aspektlərdən yanaşıblar.  


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:56
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:56
13 Fevral

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib  

20:49
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub  

20:47
12 Fevral

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

20:46
12 Fevral

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib  

20:45
12 Fevral

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

20:44
12 Fevral

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib  

20:42
12 Fevral

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

20:41
12 Fevral

Fevralın 28-i “planetlərin böyük paradı” müşahidə olunacaq

19:08
12 Fevral

Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb

19:05
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!