Yüksək sosial rifah naminə
İlham Əliyevin qətiyyətli qərarları, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış məntiqli siyasətinin təzahürüdür
Son 4 ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən sosial islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Müavinət və təqaüdləri artırılan bir çox kateqoriyalara aid insanlar aprel ayından yeni hesablamalar, təqaüd və müavinətlərini artımlarla almağa başlayıblar.
Əlbəttə ki, bütün bu proseslər Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar əsasında reallaşır. Dövlət başçısının ilin əvvəlində təqdim etdiyi böyükhəcmli sosial paket çərçivəsində elə bir kateqoriya olmadı ki, maaşlar, təqaüdlər. müavinətlər artırılmasın.
Prezidentin söylədiyi kimi, hökumət bu prosesə hazırlığı keçən ildən başlamışdı. Aprel ayında keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində İlham Əliyev qarşıda görüləcək işlərlə bağlı göstərişlər verdi və yeni yanaşmanın konturlarını müəyyən etdi.
2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısı sosial paketi çərçivəsində fərman və sərəncamlar imzaladı və bu sənədlərə əsasən minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artdı, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər yüksəldi. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər 100 faizədək artırıldı. Bir sözlə, 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz çoxaldı.
Onu da əlavə edək ki, Prezidentin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Prezidentin sərəncamına əsasən bu il də İkinci Dünya müharibəsinin iştirakçılarına 1000 manat məbləğində, 1941-1945-ci illər müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad (indi Sankt-Peterburq) şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Eyni zamanda Veteranlar Təşkilatına 300 min manat vəsait ayrılıb.
Bütün bunlar bir daha təsdiqləyir ki, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrə hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Prezident İlham Əliyev bütün çıxışlarında bu məsələlərə toxunaraq deyir ki, sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. Həyata keçirilən siyasətin sosialyönümlülüyünü imzalanan fərman və sərəncamlar, həyata keçirilən sosial layihələr bir daha təsdiqləyir. "Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə, buna nail olmaq üçün ilk növbədə iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir”, - deyə Prezident vurğulayıb.
Bu gün Azərbaycan iqtisadiyyatı həqiqətən də çoxşaxəli iqtisadiyyata çevrilir. Çünki özəl sektor ümumi daxili məhsulda təqribən 80 faiz təşkil edir. Bu da iqtisadi artımı şərtləndirən əsas amildir. Bu artım da sosial sahəyə daha böyük diqqət göstərmək üçün real imkanlar yaradır.
Onu da əlavə edək ki, bu ilin təkcə 4 ayı ərzində vergi (270 milyon) və gömrük (100 milyon) orqanları 400 milyon manata yaxın əlavə vəsait toplayıblar. Məhz bu əlavə maliyyə resursu pensiyaların, maaşların, sosial müavinətlərin artmasını şərtləndirir.
Əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bundan sonra da mühüm işlərin görüləcəyini söyləyən dövlət başçısı vurğulayıb ki, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir.
Nazirlər Kabinetinin son iclasında da dövlət başçısı islahatların uğurlu nəticələrindən söz açarkən bildirmişdi ki, bütün bunlar hökumətin düzgün yolda olduğunu göstərir və bu da onu deməyə əsas verir ki, islahatlara alternativ yoxdur. Prezidentin son 4 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Dövlət başçısı vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür desək, yanılmarıq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!