Yol həm də inkişaf və mədəniyyət göstəricisidir
Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əldə olunan sürətli tərəqqini Qusar rayonunun timsalında da aydın görmək olar. Əsrarəngiz təbiəti və işgüzar insanları olan bu diyar son bir neçə il ərzində daha da abadlaşıb, burada xeyli yeni sosial obyekt istifadəyə verilib.
Qusarda yolların rahatlığına da xüsusi fikir verilir. Rayon ərazisindən keçən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Qusar-Həzrə və Qusar-Ləzə avtomobil yollarında cari təmir, çınqıl örtüklü Həzrə-Sudur, Qusar-Avaran, Aşağı İmamqulukənd-Yasaboba və Xuray-Suvacal yollarında təmir-hamarlama işləri görülüb.
Yoldan söhbət düşəndə Qusar-İmamqulukənd-Quxuroba yolundan danışmamaq mümkün deyil. Bu yolun keçdiyi ərazidə 12 min nəfər əhali yaşayır və xeyli vaxt idi onlar yolsuzluqdan əziyyət çəkirdilər. Hazırda yolda arx və yağış sularının ötürülməsi üçün iri diametrli boruların quraşdırılması, yolun genişləndirilməsinə maneçilik törədən təpələrin kəsilməsi, qaz, rabitə və elektrik xətlərinin köçürülməsi işləri başa çatıb, bəzi yerlərdə asfaltlama işlərinə başlanılıb. Samur-Həzrə-Zuxul, Həzrə-Sudur, Qusar-Suvaçal, Qusar-Xudat və digər abtomobil yollarında isə təmir işləri başa çatmaq üzrədir.
Yol daim istismara məruz qalan və zaman-zaman təmirə ehtiyacı olan infrastruktur sahəsidir. Sonuncu dəfə ötən əsrin 90-cı illərində təmir edilmiş Qusar-Həzrə yolunun da yenidən qurulmasına və təmirinə ehtiyac var idi. Bu yolun çox hissəsi dağılmış, qalan hissələri isə dağılmaq təhlükəsi ilə üzləşmişdi. Odur ki, bir neçə ay əvvəl yolun köhnə Xudatdan Həzrəyə qədər olan hissəsində genişləndirmə işlərinə başlandı. Bütün texniki qaydalara uyğun təmir olunan yolda artıq ilk qat asfalt çəkilişi başa çatıb. Yaxın günlərdə əsas hissəyə asfalt çəkilərək yol istismara veriləcək.
Bunlardan əlavə, rayon mərkəzində bir sıra küçələrin asfaltı dəyişdirilib, səkilər, piyada keçidləri sahmana salınıb, 10-a yaxın küçədə yolgöstərici xətlər çəkilib, kommunikasiya xətləri dəyişdirilib, sudaşıyıcı arxlar təmizlənib.
Qusarın turizm potensialı genişdir. İlin bütün fəsillərində burada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Bu səbəbdən yollara daim nəzarət edilməsi xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rayonda bu amilə ciddi diqqət verilir.
A.İSMAYILOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!