Yeri qorumaq üçün atmosferin qayğısına qalmaq lazımdır
Ötən əsrin əvvəllərindən ekoloji tarazlığın pozulması qlobal təhlükələrin artmasına səbəb olmuşdur. Onlardan biri də ozon qatının zədələnməsindən doğa bilən fəlakətlərlə bağlıdır. "Ozon qatının qorunması haqqında Qlobal Konvensiya" qəbul edilib. Artıq 20 ilə yaxındır ki, BMT-nin təşəbbüsü ilə sentyabrın 16-sı "Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü" kimi qeyd olunur.
Ozon təbəqəsi günəşdən gələn ultrabənövşəyi şüaların qarşısını alır, məhvedici istilərin yerə düşməsinə imkan vermir. Lakin alimlərin qənaətinə görə, antropogen təsirlər nəticəsində son 50 ildə ozondağıdıcı maddələrin miqdarı artmaqdadır. Əgər bu prosesin qarşısı alınmasa, bəşəriyyət ciddi fəlakətlərlə üzləşə bilər. Ozonun seyrəlməsi flora və faunanın məhvi ilə yanaşı, insanlarda ağır xəstəliklərin yaranmasını sürətləndirə bilər. Son yüz ildə orta illik hərarətin təxminən 0.8 dərəcə yüksəlməsi, Arktikada buzlaqların əriməsi, okean sularının səviyyəsi 15-17 sm artması da ozon təbəqəsinin seyrəlməsi ilə izah olunur.
Ozon "deşikləri"nin yaranması haqqında mətbuatda məlumatlar getsə də, reallıqda bu deşiklər mövcud deyil, söhbət yalnız ozon qatının nazikləşməsindən gedə bilər. Əslində ozonun azalması mövsümi xarakter daşıyır. Yaz aylarında baş verən bu seyrəlmələri təbiət özü tədricən bərpa edir. Ozon qatı ekvatorda sıx, qütblərdə isə nisbətən nazikdir. Bu təbəqənin seyrəlməsinin ən yüksək göstəricisi 1950-80-ci illərin əvvəlinə qədərki dövrdə müşahidə olunub. Sonradan beynəlxalq miqyasda görülən tədbirlər, ozondağıdıcı maddələrin istehsalında nəzarət mexanizminin tətbiq olunması ozon təbəqəsinin sabitliyini nisbətən stabilləşdirdi.
Həmçinin ekoloji layihələrin həyata keçirilməsi də öz müsbət təsirini göstərməkdədir. 1987-ci ildə Kanadanın Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında protokol imzalandıqdan sonra sənayedə tətbiq edilən ozondağıdıcı maddələrin dəyişdirilməsi ilə yanaşı, onların istehsal və istifadəsinin mərhələlər üzrə azaldılması nəzərdə tutuldu. Sonrakı illərdə qəbul olunan düzəliş protokollarında (London-1990, Kopenhagen -1992, Monreal-1997) ozondağıdıcı maddələrin atmosferə atılmasının qarşısının alınması və ozon təhlükəsi olmayan soyuducu qazların hazırlanması tam ciddiliyi ilə nəzarətə götürüldü. Bu sazişə imza atan dövlətlərdən biri də Azərbaycandır.
Ölkə Prezidenti 29 mart 2006-cı il tarixli fərmanı ilə "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu"nda müəyyən olunmuş ozondağıdıcı maddələrin həmin protokolun iştirakçısı olmayan dövlətlərdən Azərbaycan Respublikasına idxalı və Azərbaycan Respublikasından bu protokolun iştirakçısı olmayan dövlətlərə ixracı qadağan olunmuşdur. Dövlətimiz Yer kürəsinin qorunması üçün regional və beynəlxalq razılaşmaları dəstəkləyir və qəbul etdiyi öhdəlikləri yerinə yetirməklə yanaşı, yeni təkliflərlə öz töhfələrini verir.
Elnur HADIYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!