Yeddi nəvənin babası
Bərdə rayonunun Hacallı kəndində dünyaya göz açan Müzəffər Hacıyevin uşaqlıq illəri Böyük Vətən müharibəsinin məşəqqətlərlə dolu dövrünə təsadüf edib. O zamanlar kənd camaatı əsasən heyvandarlıqla məşğul olduğundan Müzəffər də dərsdən sonrakı vaxtlarını qoyun-quzu otarmaqla keçirərdi, bununla yanaşı, nənəsinin bezdən tikdiyi kitab dolu çanta hər zaman yanında olardı. Kitaba bağlılıq, oxumaq, öyrənmək həvəsi ilə əvvəlcə Şuşa Kənd Təsərrüfatı Texnikumunu, sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirdi.
İntizamlı, bacarıqlı olduğunu görüb ona rəhbər vəzifələr etibar etdilər, etimad göstərdilər. Üst-üstə 21 il müxtəlif məsul vəzifələrdə çalışıb, Babək adına kolxoza sədrlik edib. Deyir ki, Babək kolxozu Bərdə rayonunun Xam torpaq adlanan ərazisində yeni yaradılırdı. Əsrlərdən bəri ilan mələyən, kotan dəyməyən Xam torpaqda yeni yaşayış məntəqəsi də salındı. Adını Təhlə qoydular. İndi Təhlə kəndi abad bir qəsəbəyə bənzəyir.
Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edib, soydaşlarımızı qaçqına, məcburi köçkünə çevirib isti yuvasından, doğma ev-eşiyindən perik salanda neçə-neçə ailə bu kənddə özünə sığınacaq tapdı. Müzəffər kişi kolxoz sədri kimi qayğı və diqqətini onlardan əsirgəmədi, rahatlıqları üçün zəruri tədbirlər gördü. Onun xeyir-duası və maddi dəstəyi ilə Təhlə kəndində neçə-neçə gənc qaçqın və məcburi köçkün soydaşımıza toy məclisi quruldu, yeni ailələrin təməli qoyuldu.
Müzəffər kişi Kərbəla, Məşhəd və Məkkə ziyarətlərində də olub. Müharibələrin əleyhinədir. Söhbətlərində deyir ki, yüzillər boyunca tikilib-qurulan şəhərlərin, əsrlərin yadigarı olan qiymətli tarixi abidələrin, dəyərli mədəniyyət nümunələrinin dağıdılması, odlara qalanıb viran qoyulması insanlıqla bir araya sığmır.
"İnsan dünyaya xoş əməllər üçün gəlib. Gərək bir ağac əkəsən ki, kölgəsində oturanlar sənə rəhmət oxusunlar. Yol çək, körpü sal ki, savab qazanasan. Kimsəsizə, çətinə-dara düşənə arxa dur, kömək ol ki, el-obanın sevimlisinə çevriləsən. Dünya gör-götür dünyasıdır, ibrətlərlə doludur. Ömür o zaman daha çox mənalı olur ki, təkcə özün üçün, ailən üçün yox, xalqın, vətənin üçün yaşamağı bacarasan. Kiminsə dərdinə dərman ola bilirsənsə, yıxılanın qolundan yapışıb qaldırırsansa, el-obanın sevinci ilə sevinib, kədəri ilə qəmlənirsənsə, bu, əsl xoşbəxtlikdir”.
Deyir ki, hər bir xalqın taleyində həlledici rol oynayan şəxsiyyətlər var. Bizim qürur mənbəyimiz ulu öndər Heydər Əliyevdir. O, həyatı boyu bizə doğru yol göstərən lider olub. Dövlətçiliyimizin, xalqımızın xilaskarına çevrilib. Odur ki, Bərdə şəhərində adına park salınanda, abidəsi ucaldılanda qəlbimin hökmü ilə qurbanlar kəsməyi özümə mənəvi borc bildim.
Müzəffər kişi çox nikbin adamdır. Sabahımızın daha nurlu olacağına, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə ürəkdən inanır. Deyir ki, ən böyük nisgilim Qarabağdır. Dədə-babalarımız yayı yaylaqda, qışı qışlaqda keçiriblər. Kəlbəcərdə, Taxta düzündə qəbiristanlığımız var. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasət və ordumuzun gündən-günə artan qüdrəti sayəsində qarşısında ermənilər tab gətirə bilməyəcəklər.
Müzəffər kişi Qarabağla bağlı fikirlərini belə tamamladı, həsrətini bir bəndlik bayatı ilə ifadə etdi:
Mən aşiqəm dağlara.
Duman gələ dağlara.
Yüz qoyun qurbanım var,
Elim köçsə dağlara.
Ömrünün ixtiyar çağında da Aşıq Ələsgərin əksər şeirini əzbər söyləyə bilir. Nizamini, Füzulini, Səməd Vurğunu çox sevir. Aşıq Şəmşirlə yaxın dostluğu olub. Dədə Şəmşir ona şeir yazıb.
Müzəffər kişi həm də xoşbəxt atadır. Üç oğulun üçü də ali təhsillidir. Rəşxan Moskva Ali Aviasiya İnstitutunu bitirib. Rövşən ali təhsilli iqtisadçıdır. Orxan Gəncə Kənd Təsərrüfatı Akademiyasının məzunudur. Müzəffər kişi həm də yeddi nəvənin babasıdır.
Qazandığı böyük hörmət və nüfuzu sayəsində onu bu gün də məclislərin yuxarı başında oturdurlar.
L.QULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!