Yeddi hərbçi atası
Biləsuvarın Əsgərabad kəndində Xəzanağa Xəlilovu hamı zəhmətkeş insan kimi tanıyır. Gözünü açandan torpaqla əlləşir, torpaqla nəfəs alır. Yaşı 70-i haqlayan Xəzanağa kişi ömrünün bu vədəsində də işdən-gücdən qalmır: təqaüddə olsa da, həyətyanı sahəsində çalışır, meyvə ağaclarına qulluq edir, qoyun-quzu saxlayır.
Xəzanağa kişini el-oba gözündə ucaldan, böyüklü-kiçikli hamının sevimlisi edən təkcə onun zəhmətsevərliyi deyil. Böyük bir ailənin başçısı olan Xəzanağa kişi bir-birindən igid yeddi oğul atasıdır. Ömür-gün yoldaşı Gülcamal xanımla övladlarını vətənə, torpağa məhəbbət ruhunda tərbiyə ediblər. Onların yeddisi də peşəkar hərbçidir və hazırda Azərbaycan Ordusunda xidmətdədirlər! Ailənin ilk övladı Fuad Xəlilov H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib - hazırda polkovnik-leytenant rütbəsi daşıyır. C.Naxçıvanski adına Hərbi Liseyi bitirən Elbrus hərbi donanmada xidmət edir. Elçin artıq çiyinlərində polkovnik rütbəsinin ulduzlarını gəzdirir. Rauf gizirdir. Şamil polkovnik-leytenant, Famil kapitan rütbəsindədir. Ailənin sonbeşiyi - kapitan Bayram Xəlilov H.Əliyev adına Ali Hərbi Məktəbdə çalışır.
Xəzanağa kişi, Gülcamal ana övladları ilə fəxr edir, onların uğurlarına ürəkdən sevinirlər. Bu ailənin ən fərəhli günləri ailə tədbirlərində, qohumlarının toy-şənliklərində zabit övladlarının ata ocağına toplaşmasıdır. Xidməti vəzifələri ilə əlaqədar hamısının eyni vaxtda bir yerə yığışması nadir hallarda olur.
Əsgərabad kəndində Xəzanağa kişinin ocağından pərvazlanan övladların ailələrində 13 nəvə - 11 oğlan, 2 qız böyüyür. Xəzanağa kişi sonsuz fərəhlə “istəyirəm oğlan nəvələrim də ataları kimi hərbçi olsunlar, vətənin, torpaqlarımızın keşiyində dayansınlar” - deyir.
Mirzə MÜŞFİQ,
Biləsuvar rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!