23 Yanvar 2025 11:47
476
İQTİSADİYYAT
A- A+
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib  

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib  

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə İşçi qrupun hibrid formada növbəti iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl dünya naminə həmrəylik ili”ndə Strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrdən, əldə olunan mühüm nailiyyətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlərin ölkəmizin dayanıqlı inkişafına verdiyi töhfələr vurğulanıb.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyanın icrası çərçivəsində 2024-cü ildə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatının layihəsini təqdim edib. “Yaşıl enerji məkanı” məqsədi üzrə aidiyyəti qurumlar tərəfindən yerinə yetirilmiş tədbirlərin icra göstəriciləri barədə məlumat verilib, dənizdə külək enerjisi potensialının araşdırılması, bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, enerji saxlanc sistemlərinin və karbon tutulması texnologiyasının tətbiqi, müxtəlif sahələrdə enerji səmərəliliyinin təmin edilməsi, yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün infrastrukturun qurulması, iqlim dəyişmələri üzrə milli məlumat bazasının yaradılması və digər istiqamətlər üzrə icra olunan tədbirlər müzakirə edilib.

Sonra digər qrup üzvlərinin ilkin hesabat layihəsinə dair məruzələri dinlənilib, Strategiya sənədi üzrə tədbirlərin cari ildə effektiv icrası ilə bağlı hədəflər, atılacaq addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “AzərEnerji”, “Azərişıq” və “Azəristiliktəchizat”ın nümayəndələri təmsil olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq

13:02
14 Fevral

Üzərinə həbs qoyulmuş əmlakın idarəsi, satışı və icarəsi üçün yeni qaydalar təklif olunur  

13:00
14 Fevral

Mikola Kalaşnik: Azərbaycan dövləti İrpen şəhərinin bərpasında yeni layihələrdə fəal iştirak edir  

12:57
14 Fevral

Ağdamda yük maşını minaya düşüb

12:37
14 Fevral

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib  

12:11
14 Fevral

Yağışla bağlı Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

11:52
14 Fevral

2 min illik şəhər qalıqları aşkarlanıb

11:42
14 Fevral

Ötən ay DSMF-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib

11:41
14 Fevral

Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

11:40
14 Fevral

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür 

11:39
14 Fevral

NİİM paytaxt yolları ilə bağlı məlumat yayıb

11:29
14 Fevral

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

11:28
14 Fevral

“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində

11:15
14 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:05
14 Fevral

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşüb

11:03
14 Fevral

Mərkəzi Bank 4 innovativ məhsulu sınaqdan keçirir

11:01
14 Fevral

Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb  

10:59
14 Fevral

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub 

10:07
14 Fevral

Müxalifətin Paşinyana hücumu daha radikal xarakter alır

09:55
14 Fevral

Goranboyda "Böyük qayıdış" adlı gənclər düşərgəsi təşkil olunub

09:50
14 Fevral

Samuxda "Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbir olmuşdur

09:45
14 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!