23 İyun 2026 13:31
149
CƏMİYYƏT
A- A+
Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir

Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir


Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə etməkdir. Bu baxımdan damcı suvarma, yağmurlama və pivot sistemləri kimi müasir texnologiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.

Onun sözlərinə görə, bu texnologiyalar su sərfiyyatını azaltmaqla yanaşı, məhsuldarlığın və iqtisadi səmərəliliyin artmasına da mühüm şəkildə köməklik edir.

“Yeni Dövlət Proqramı çərçivəsində bu innovativ sistemlərin genişləndirilməsi, rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması, həmçinin fermerlərin maarifləndirilməsi əsas prioritetlərdən biridir. Mövcud su obyektlərinin istismar keyfiyyətinin yüksəldilməsi də diqqət mərkəzindədir. Hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Balakən rayonunda 8 min 400 hektar, Zaqatala rayonunda 15 min 562 hektar, Qax rayonunda 21 min 358 hektar, Şəki rayonunda 38 min 980 hektar, Oğuz rayonunda 13 min 707 hektar, Qəbələ rayonunda isə 11 min 703 hektar suvarılan sahə mövcuddur. Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 3700 kilometrə yaxın suvarma şəbəkəsini, 3374 hidrotexniki qurğunu, 701 subartezian və 294 artezian quyusunu və 17 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 98 min nəfərə yaxın kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da qrafikə uyğun olaraq su təminatı davam etdirilir”, - deyə Xəyyam Məmmədov vurğulayıb.

ADSEA sədr müavininin sözlərinə görə, 2025-ci il ərzində istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd və 204 subartezian quyusu əsaslı təmir olunub: “Cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.

Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib. Bu kompleks addımlar infrastrukturun dözümlülüyünü artırır, itkiləri minimuma endirir və fermerlərimizin suya çıxışını daha da asanlaşdırır. Bu gün qarşımızda duran əsas vəzifə, kənd təsərrüfatını iqlim dəyişikliyinə davamlı və dayanaqlı model əsasında inkişaf etdirməkdir. Müasir çağırışlar göstərir ki, gələcək aqrar inkişaf, torpaq sahələrinin genişləndirilməsi ilə deyil, mövcud resurslardan daha səmərəli və qənaətlə istifadə ilə bağlıdır. Buna görə də əsas hədəf həm su, həm də torpaq ehtiyatlarımıza münasibətdə rasional yanaşma prinsiplərini tam bərqərar etməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

14:18
23 İyun

Devlet Bahçeli Avropa Parlamentini tənqid edib: Türkiyə xarici aktorların istəyi ilə hərəkət etmir  

14:17
23 İyun

Azərbaycanda 22 rayon üzrə mövcud kombaynların 571 ədədi yenilənəcək

14:12
23 İyun

Azərbaycan Ordusu - güclü və modern hərbi güc

14:10
23 İyun

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar  

14:07
23 İyun

İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur

13:57
23 İyun

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq

13:53
23 İyun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

13:53
23 İyun

Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar  

13:49
23 İyun

İcra başçısı: Əlicançay və Əyriçay su anbarlarının istifadəyə verilməsi nəticəsində suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaq  

13:47
23 İyun

ABŞ-də azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək  

13:44
23 İyun

Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin olunub

13:42
23 İyun

Prezidentin köməkçisi: Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil  

13:34
23 İyun

Xəyyam Məmmədov: Rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması əsas prioritetlərdən biridir

13:31
23 İyun

İran XİN: Tehranın raket proqramı və AEBA-nın nüvə obyektlərini yoxlaması İsveçrədəki danışıqlarda müzakirə edilməyib

13:29
23 İyun

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar  

13:26
23 İyun

Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının illik toplantısında iştirak edir  

13:21
23 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:13
23 İyun

ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir  

13:08
23 İyun

Nazir müavini: Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür  

13:01
23 İyun

Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var

12:55
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!