Xəstəlikləri ram etmək üçün gərək nəfsinə qalib gələsən
Neftçaladan C. Səlimov bizə yazdığı məktubunda şəkər xəstəliyindən əziyyət çəkməsindən, həkimlərin karına gəlməməsindən gileylənir: "Dərmanların da zayı çıxıb, babat həkim də tapa bilmirəm. Bezdiyimdən nə gəldi yeyirəm. Bəlkə də buna görə nə şəkərim yoluna düşür, nə də səhhətim babatlaşır. Bəziləri də deyir ki, şəkər xəstəlik yox, həyat tərzidir. Bu həyat tərzini tutmağın bir çəmi varmı?"
Bu məktuba cavab vermək üçün biz həkimə yox, səhhətinə diqqətlə yanaşan, şəkər xəstələrindən biri ilə Nüsrəddin Ədilovla məsləhətləşdik, onun təcrübəsi ilə maraqlandıq, tövsiyələrini qələmə aldıq:
- Əksər xəstəlikləri qıcıqlandıran, bədənimizdə oyadan nəfsimizdir. Aqillərimiz deyib ki, nəfsini qoruyan həyatını qoruyur. Bizim kimi şəkər xəstələr üçün qidada qaydaları gözləmək, həddi aşmamaq, tamaha əyilməmək çox vacibdir. Məlumatlı olmaq, ziyanlı və faydalı qidaları düzgün seçmək, müxtəlif meyvə və tərəvəzlərin şəkəri nə qədər qaldırdığını bilmək lazımdır. Pəhrizi gözləmək çoxları üçün ağlasığmaz dərəcədə çətindir. Hətta sağlam insanlar belə qidalarında ifrata varmalı deyil və faydalı ərzaqlara üstünlük verməlidirlər.
Birincisi, qidanı düzgün seçmək lazımdır. Mənim rasionum sadədir: müxtəlif göyərtilərdən hazırlanan tərəvəz şorbaları, ət, balıq, göbələk bulyonları, yağsız mal, dana, keçi, dərisi atılmış toyuq əti. Yağsız balığı qaynadılmış və ya duxovkada bişirilmiş halda yeyirəm. Məsələn, səhər 100 qram üzsüz kəsmik, günorta bir tikə toyuq əti, axşamtərəfi tərəvəz salatı yeyir, yatmazdan öncə bir stəkan üzsüz qatıq içirəm. Günorta şorba içsəm, yalnız iki-üç saatdan sonra quru xörəyi yeyirəm. Çörək az işlədirəm. Doymadığımı hiss edəndə salat bir qədər çox yeyirəm. Göbələk, pomidor, xiyar və bütün göyərtilər az kalorili olduğundan bizim kimi xəstələr üçün faydalıdır. Kalorisinə görə 100 qram çörək şəkəri yarım kilo pomidordan daha çox qaldırır. Əgər şirni, mürəbbə, şəkərbura, qızardılan və qovrulan xörəklərə meyilli olsanız, şəkərinizi heç vaxt normaya sala bilməyəcəksiniz. Daha da artıq yeməyə cəhd edəcəksiniz.
Yüksək şəkər isə bütün xəstəlikləri gücləndirəcək. Düzgün qidalanmadıqda sağlam adamların da səhhətində tədricən ağırlaşmalar baş verir. Yağlı bulyonları, düyü, manna yarması, vermeşil şorbaları, yağlı, duza qoyulmuş və hisə verilmiş balıqları, yağda hazırlanan konservləri rasiondan çıxarın. Üzsüz süd, kəsmik, duzsuz pendir, tərəvəzlərdən (kələm, badımcan, balqabaq, xiyar, pomidor, bibər ) və əksər göyərtilərdən və bir də çiy, buğda və ya duxovkada bişən yeməklərdən istifadə edin. Bilin ki, naharın üstündən mürəbbə, şokaladla çay içsəniz, paxlava, şəkərburaya meylinizi salsanız, şəkər itaətdən çıxaraq artacaq. Ona görə də nəfsinizi qorumalı, səhhətinizə uyğun ərzaqlara üstünlük verməlisiniz.
İkinci vacib amil həyat tərzidir. Əgər siz gündə 5-10 kilometr gəzə bilsəniz, heç vaxt diabetlə bağlı probleminiz olmayacaq, gözləriniz nurunu, dəriniz şuxluğunu itirməyəcək, əzələləriniz vaxtından əvvəl sallanmayacaq, yorğunluqdan, halsızlıqdan əziyyət çəkməyəcəksiniz. Əksinə, gəzdikcə, səhhətinizə vacib olan asan fiziki təmrinləri etdikcə dəyişər, gümrahlaşar, həyatdan sağlam insanların aldığı zövqü alarsınız.
Mənim də şəkərim normadan dörd dəfə yuxarı qalxmışdı, demək olar ki, koma vəziyyətində idim. Görməm 20 faizə düşmüşdü, ayaqlarım tutulmuşdu və gecələr diabetik neyropatiyanın ağrılarından yata bilmirdim. Həkim bildirdi ki, belə getsə bir-iki ilə ayağım da kəsilə bilər, infarkt da keçirərəm, kor da olaram. Yalnız onda əl-ayağa düşdüm. Çox həkimləri gəzdim, faydasız müalicələr aldım. Ona görə ki, həmişə yüksək olan şəkərim bütün müalicələri heçə endirdi. Yalnız həmin vaxt anladım ki, nə qədər pul xərcləsəm də, nə qədər yaxşı həkimlər məni müalicə etsələr də, özüm dəyişməsəm səhhətimdə heç nə dəyişməyəcək. Odur ki, canımı dişimə tutub zərərli vərdişlərimdən yaxa qurtarmağa başladım. Şirniləri ləğv etdim, çörəyi hər dəfə bir tikədən artıq yemədim. Səhər-axşam gəzdim. Ağrılar qoymurdu, yorulurdum, bezirdim. Ancaq bir neçə günün içində şəkərim qaydasına düşdü, əhvalım yaxşılaşdı. Bir aydan sonra isə artıq tamam başqa adam oldum, bədbinliyimdən əsər-əlamət qalmadı, xeyli gümrahlaşdım. Hər şeydən bezən xəstədən nikbin ruhlu insana çevrildim.
Üçüncü, ən vacibi məncə odur ki, gərək şəkər xəstələri ətraflarındakı insanları öz qayğıları ilə yükləməsinlər. Əksinə, ailədə ona cəhd etsinlər ki, uşaqları gələcəkdə nəsil xəstəlikləri fəsiləsinə aid olan şəkərli diabetdən əziyyət çəkməsinlər. Əgər şəkərli diabet xəstələrinin övladları gündə cəmi bircə saat gəzib, idman etsələr, onların gələcəkdə diabet təhlükəsi olmur. Canı sağlam ikən qorumaq daha asandır. Ən bilikli həkimlərə gedə bilərsiniz, ən bahalı dərmanları qəbul edərsiniz, lakin bilməlisiniz ki, şəkərli diabet və ümumiyyətlə, bütün xəstəliklər ölçü gözləyən, qədərindən artıq yeməyən, istirahətini, işini, gəzməyini düzgün quran insanlardan uzaq düşür.
Xalqla əlaqə şöbəsi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!