27 Yanvar 2021 01:16
1436
Mədəniyyət
A- A+
Xarrat Qulunun və Kor Xəlifənin məktəbləri

Xarrat Qulunun və Kor Xəlifənin məktəbləri

 

Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər - görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri - mesenatlar, eləcə də zadəganlar tərəfindən onların öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən “musiqi dərnəyi” və ya “musiqi salonu” da adlandırılırdı.

Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonu” qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbi idi. Belə məclislər musiqisevərlər tərəfindən keçirilirdi.

Tədris ocağı kimi “muğam məktəbi” ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. Məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. Lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğamı tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.

Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.

Kor Xəlifənin məktəbi də 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi olmuşdur. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş yayılır, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

11:58
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub  

10:28
12 Aprel

Pakistan XİN: ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcəyik  

09:04
12 Aprel

Vens: İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq

09:03
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub  

09:03
12 Aprel

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib  

09:01
12 Aprel

ABŞ–İran danışıqları nəticəsiz sona çatıb

09:00
12 Aprel

Xəzər dənizində zəlzələ olub

08:59
12 Aprel

Azərbaycanın pravoslavları Pasxa bayramını qeyd edirlər

08:57
12 Aprel

İraq parlamenti ölkənin yeni prezidentini seçib

08:54
12 Aprel

Türkiyə Prezidenti fransalı həmkarı ilə bölgədə sülh üçün diplomatik vasitələrin əhəmiyyətindən bəhs edib  

08:53
12 Aprel

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

08:48
12 Aprel

Eleonora Sarkisyan: Dialoqun davam etdirilməsi Ermənistanın ilkin və əsas gözləntisidir

22:49
11 Aprel

Premyer Liqa: “Neftçi” vacib qələbə qazanıb

22:39
11 Aprel

Boris Navasardyan: Ümid edirik ki, Bakı və İrəvan arasında mövcud olan ziddiyyətlər aradan qaldırılacaq 

21:55
11 Aprel

Ermənistan Şurasının eksperti: Bu cür görüşlər davam etdirilməlidir 

21:14
11 Aprel

Türkiyənin vitse-prezidenti Zəngəzur dəhlizini strateji əhəmiyyətli marşrut hesab edir

21:01
11 Aprel

Zelenski: Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki şəxs qayıdıb

20:39
11 Aprel

“Sabah” - “Zirə” oyunu qollu heç-heçə ilə bitib

20:19
11 Aprel

“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu VİDEO  

19:39
11 Aprel

Kəmalə Məmmədova: “Sülh Körpüsü” dialoqunun qurulmasında media mühüm rol oynayır 

19:33
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!