«Xalça» beynəlxalq onlayn jurnalının təqdimat mərasimi keçirilmişdir
"Azərbaycan Xalçaçıları" İctimai Birliyinin əsas məqsədi xalçaçılıq sənətinin bugünkü problemlərinin həll edilməsini, Azərbaycan xalçaçılarının yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsini, onların peşəkarlığının artırılmasını və xarici bazarlara çıxışını təmin etməkdir.
Bunun üçün birlik müasir xalçaçılarla xarici bazar arasında əlaqələrin yaradılması, onların sosial statusunun yüksəldilməsi, peşə hüquqlarının müdafiəsi sahəsində iş aparır. Birlik həmçinin mədəni dialoqun yaxınlaşması və inkişafı istiqamətində beynəlxalq sərgilər, ustad dərsləri, sənətkarların görüşlərini keçirir.
Bir sözlə, təşkilat Azərbaycan milli xalçaçılıq sənətinin qorunması, inkişafı və dünyada təbliği istiqamətində bir sıra layihələrin müəllifi kimi çıxış etmişdir.
Xatırladaq ki, 2011-ci il noyabrın 29-da İndoneziyada keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin altıncı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı, "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin müstəqil ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditasiya edilməsi tövsiyə edilmişdir.
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində birliyin təsis etdiyi "Xalça" beynəlxalq onlayn jurnalının (www.xalca.az) bu günlərdə keçirilən təqdimat mərasimi də həmin layihələrdən biri kimi dəyərləndirilmişdir. Azərbaycan, rus, ingilis dillərində təqdim olunan "Xalça" onlayn jurnalının əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan, ümumiyyətlə, Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycanda və dünyada fəaliyyət göstərən xalçaçılar, müasir dövrdə xalçaçılığın inkişaf şəraiti və istehsalı, onların özəlliklərinin araşdırılması, adıçəkilən sənətin keçmişi və bu gününə aid elmi, tarixi və təcrübi məsələlər, xalçaçılıq ənənələrinin qorunub saxlanılması vəziyyəti və problemləri, müasir dövrdə xalçaçılığın gələcək inkişaf və perspektivləri haqqında məlumatlar elektron jurnalda yerləşdirilmişdir. Eyni zamanda, xalqın dünyagörüşü, adət-ənənələri və məişətində xüsusi yeri olan xalça sənətinin dünyada tanıdılması sahəsində aparılan təbliğat işləri - keçirilən beynəlxalq simpoziumlar, elmi konfranslar, nəşr olunmuş kitablar və s. haqqında məlumatlar jurnalın "Azərbaycan xalçaları", "Simpoziumlar, konfranslar", "Şərq xalçası", "Sərgilər", "Xəbərlər" rubrikalarında öz əksini tapmışdır. Burada maraqlı məlumatlarla yanaşı, izahlı foto-şəkillər, illüstrasiyalar da yerləşdirilmişdir.
"Xalça" beynəlxalq onlayn jurnalının özəlliklərindən biri də ABŞ, İran, İtaliya Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan, beynəlxalq aləmdə tanınmış elm xadimlərinin, xalça mütəxəssislərinin redaksiya heyətində yer almalarıdır.
M.NƏRİMANOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!