16 May 2025 18:00
803
CƏMİYYƏT
A- A+
Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub  

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub  


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünüməşğulluq proqramı çərçivəsində Xaçmaz rayon sakinləri Bayram Qabil oğlu Feyzullayev və Cabir Nəriman oğlu Bayramov üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə B.Feyzullayev üçün poliqrafiya xidmətləri, C.Bayramov üçün isə un məmulatları istehsalı üzrə kiçik təsərrüfatlar yaradılıb. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Xaçmaz rayonunda 2 min 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb.

Anar Əliyev və Elnur Rzayev nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə göstərilən xidmətləri nəzərdən keçiribllər.

Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə əlilliyi olan şəxslərə effektiv fizioterapevtik üsullarla kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Görülən işlərin davamı kimi, mərkəzdə bu ilin 4 ayında daha 1500 nəfərə yaxın əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə əsasında Xaçmazda yaradılmış günərzi qayğı mərkəzinə də baxış olub. Mərkəzdə psixoloq, sosial işçi, pedaqoq və digər mütəxəssislər tərəfindən həssas qruplara aid, o cümlədən əlilliyi olan 30 uşağın qavrayış, emosional, fiziki inkişafı, gündəlik həyat vərdişlərinə, ilkin yazı və oxuma bacarıqlarına yiyələnməsi üçün işlər aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!