Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
Rusiya, İrəvan hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir.
AZƏRTAC xəbər verir ki, Federasiya Şurasının sədri Valentina Matviyenko bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.
“Biz Ermənistan liderlərinin məsuliyyətli olduqlarına çox ümid edirik, çox inanırıq – hansı hadisələrin baş verməsindən asılı olmayaraq davamlılıq olmalıdır (Dağlıq Qarabağla bağlı Bəyanatın həyata keçirilməsində - red.) Bu bəyanata zidd olacaq hər hansı bir hərəkət, hər hansı bir addım böyük bir faciəyə səbəb ola bilər, buna yol vermək olmaz”, - deyə o bildirib.
Spiker, sazişin bağlanmasının Qafqaza sabitlik gətirdiyini xatırladıb.
“Proseslər davam edir, onlar sadə deyil, mürəkkəbdirlər və hər gün bu və ya digər nüanslar yaranır. Lakin əsas odur ki, saziş əldə edildi və indi əldə edilmiş razılaşmalarla tam bir şəkildə uyğun olaraq davam etdirilməsinə çalışmalıyıq”, - deyə V.Matviyenko vurğulayıb.
O, Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən imzalanan üçtərəfli sazişin bağlanmasının silahlı qarşıdurmanın inkişafının, insan tələfatının qarşısının alınması baxımından çox əhəmiyyətli bir hadisə olduğunu və Rusiya Prezidentinin böyük şəxsi xidməti olduğunu, onun kompromis tapmaq və razılığa gəlmək bacarığının nəticəsi olduğunu xatırlatdı.
“Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına daxil olması bu bölgədə sabitlik və dinc həyata qayıdış üçün şərait yaratdı. Sülhməramlı qüvvələrimiz mənzillərin və binaların minalardan təmizlənməsi, yenidən qurulması üzrə böyük bir iş görürlər, hər iki tərəfdən qaçqınlara evlərinə təhlükəsiz şəkildə qayıtmasına kömək edirlər və sabitliyin güclü amilidirlər”, - deyə Federasiya Şurasının spikeri qeyd edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!