19 May 2022 01:28
909
SİYASƏT
A- A+
USAİD geri qayıdacaq azərbaycanlı məcburi köçkünlərlə bağlı layihə icra edəcək

USAİD geri qayıdacaq azərbaycanlı məcburi köçkünlərlə bağlı layihə icra edəcək

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QAÇQINKOM-un Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində yaranmış qaçqınlıq və məcburi köçkünlük problemi, həmin kateqoriyadan olan insanların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin  sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində böyük işlər görülüb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlərin doğma yurdlarına - işğaldan azad edilmiş ərazilərə qayıtması üçün şərait yaranıb. Hazırda ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışının, dayanıqlı məskunlaşmasının təmin olunması qarşıya qoyulan ən mühüm vəzifədir.

USAİD-in Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrab layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi inkişaf əsaslı birgə təşəbbüslərdə hökumət ilə səmərəli qarşılıqlı fəaliyyətin təşkili üçün vətəndaşların və vətəndaş qruplarının bilik və bacarıqlarını təkmilləşdirməkdir. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ərəfəsində layihə üzrə növbəti tədbirlər məcburi köçkünlərin iştirakı ilə keçiriləcək. Layihənin məlumat bazasını yeniləmək üçün məcburi köçkünlərin ehtiyacları təhlil olunacaq. Daha sonra məcburi köçkünlərin məşğulluğuna dəstək üçün dövlət qurumları və təşkilatlarla birgə təlimlər keçiriləcək.

Görüşdə "Yüksəliş" müsabiqəsinin qalibi kimi Dövlət Komitəsində mentorluq proqramına cəlb olunmuş Xamis Seyranov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur  

11:39
16 Oktyabr

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb  

11:39
16 Oktyabr

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

11:38
16 Oktyabr

Cəlilabadda heyvanların identifikasiyası və elektron uçotu ilə bağlı müşavirə keçirilib  

11:30
16 Oktyabr

Mingəçevir daha təmiz olacaq  

11:27
16 Oktyabr

Fermerler maarifləndirilir, problemləri öyrənilir  

11:26
16 Oktyabr

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub  

11:24
16 Oktyabr

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub  

11:20
16 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb  

11:15
16 Oktyabr

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir  

11:13
16 Oktyabr

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır  

11:11
16 Oktyabr

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir  

11:09
16 Oktyabr

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb  

11:08
16 Oktyabr

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq  

11:05
16 Oktyabr

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır  

11:04
16 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:46
16 Oktyabr

Azərbaycan nefti 119 dollara satılır

10:37
16 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:33
16 Oktyabr

Azərbaycanın sədrliyi AQEM-in potensialını daha da gücləndirir  

10:29
16 Oktyabr

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir  

10:09
16 Oktyabr

Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır

10:05
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!