22 May 2025 08:00
706
SİYASƏT
A- A+
Türk Dövlətləri Təşkilatı daha da güclənir

Türk Dövlətləri Təşkilatı daha da güclənir


Bunu Budapeştdə  keçirilən qeyri-rəsmi Zirvə görüşü də təsdiqlədi


Uzun illər ərzində bir-birindən ayrı düşmüş, böyük imperiyaların məkrli və məqsədli siyasəti nəticəsində dövlətçilikdən məhrum edilmiş bəzi türk xalqları yalnız ötən əsrdə milli dirçəlişə və inkişafa nail oldu. Müstəqil türk dövlətləri kimi həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi, iqtisadi, mədəni əməkdaşlığa başladılar.

Bəşəriyyətin keçilmiş yolu, yaşanmış tarixi göstərir ki, türk dövlətləri əsrlər boyu etnik və dini eyniliklə bir-birinə sıx bağlı olublar. Tarixin pozulmayan səhnəsində çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları varlığını, birliyini bu gün də uğurla davam etdirirlər. Dünyada dayanmadan dəyişən tarixi və siyasi proseslər türk xalqlarının, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasını, türk dövlətlərinin bir təşkilat çərçivəsində birləşməsini zəruri edirdi. Çünki türk dövlətlərinin birliyi onları daha güclü və qüdrətli edə bilərdi. Nəhayət, tarixi zərurətdən irəli gələn bu addım atıldı. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirildi. Uğurlu gələcək istiqamətində çox mühüm addım atıldı. Yeri gəlmişkən qeyd edək ki, ilk Zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilmişdir. Bu görüşlərdə türkdilli xalqların yaxınlaşması, qarşılıqlı siyasi, mədəni və əməkdaşlıq etmələri haqqında bir çox mühüm addımlar atılmışdı.

Türk ölkələri dövlət başçılarının Naxçıvanda keçirilmiş Zirvə görüşündə çoxdan gözlənilən uğurlar əldə olundu. Dövlət başçıları görüşdə türkdilli xalqlar arasındakı tarixi bağları, ümumi dil, mədəniyyət və ənənələri, hərtərəfli əməkdaşlığın dərinləşməsini, ümumi birlik çərçivəsində qarşılıqlı əlaqələrin ölkələr və onların xalqları arasında yaxın qonşuluq və əməkdaşlıq üçün geniş imkanlardan faydalanmağı, dünyada gedən inkişafı, tərəqqini nəzərə alaraq "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"ni imzaladılar. Bununla yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında da ümumi razılığa gəldilər. Beləcə, türkdilli xalqlar və dövlətlər arasında gələcək əməkdaşlığın, tərəqqinin və inkişafın bünövrəsi qoyuldu.

Prezident İlham Əliyev dünyadakı beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa da çox böyük önəm verir. Ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görən dövlətimizin başçısı 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

Naxçıvanda keçirilmiş Zirvə görüşündən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu inkişaf yolu keçdi. Bunda Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi xidməti oldu. Türkdilli ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlıq xeyli genişləndi. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumların sayəsində zəngin maddi və mənəvi irsimiz həm tədqiq, həm də təbliğ olundu. Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Bütün bunlar xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə və yaxınlaşmasına böyük təkan verir. 

2019-cu il oktyabrın 15-də Bakıda Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilən VII Zirvə Görüşünün keçirilməsi, Özbəkistanın Türk Şurasına qoşulması, Azərbaycanın Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul etməsi, məhz Bakıda keçirilən Zirvə görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin artıq təşkilat kimi dünyaya tanınmağın vaxtının yetişdiyini vurğulaması Bakı Zirvə Görüşünün əhəmiyyətini xeyli artırdı. VII Bakı Sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltməyin tam zamanı olduğu, eyni köklərə malik dövlətlərin "türkdilli" deyil, Türk Dövlətləri Təşkilatı adlandırılması gündəmə gətirildi. 

Azərbaycan türk dünyasının birliyinin güclənməsinə olduqca mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə mühüm təşəbbüslər irəli sürür. Türk Dövlətləri Təşkilatı qeyri-rəsmi Zirvə görüşləri də keçirir. Bu görüşlərdə müvafiq qərarlar qəbul edilir, bəyannamələr imzalanır. Azərbaycan Respublikasının təşəbbüsü ilə təşkilatın ilk dəfə qeyri-rəsmi Zirvə görüşü 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir. Görüşə Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev evsahibliyi etmişdir. Görüşdə Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etmişlər. "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi" - həmin tarixdə Şuşada Türk Dövlətləri Təşkilatının "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşündə imzalanmışdır.  

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi. Dövlətimizin başçısı çıxışında  bu nüfuzlu təşkilatın fəaliyyətindən, indiyə qədər gördüyü misilsiz işlərdən ətraflı söz açaraq dedi ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir: "Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə evsahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur". 

Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq məsələlərdə rolunu genişləndirmək üçün daim çalışır. Təşkilatın gələcəyinə olan işıqlı baxışlar türkdilli xalqlar arasında əməkdaşlığın, dostluğun, qardaşlığın daha sıx olacağına böyük ümidlər verir. Dövlətimizin başçısı bir vaxtlar təşkilatın uğurlu gələcəyi olacağını vurğulamışdır: "Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir". 

Prezident İlham Əliyevin bir zamanlar böyük uzaqgörənliklə söylədikləri fikirlər reallığa, həqiqətə çevrilib. Bütün dünya da bu reallığı və həqiqəti görür və qəbul edir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

20:34
22 İyun

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

20:33
22 İyun

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

20:29
22 İyun

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

20:27
22 İyun

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

19:31
22 İyun

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

18:29
22 İyun

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

17:16
22 İyun

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

17:15
22 İyun

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!