20 Aprel 2025 08:10
463
SİYASƏT
A- A+
Tolerantlıq və multikulturalizmin mükəmməl nümunəsi

Tolerantlıq və multikulturalizmin mükəmməl nümunəsi


Ölkəmizdə dili və dini ayrı olan xalqlar bir ailə kimi mehribanlıq, həmrəylik şəraitində yaşayırlar 


Prezident İlham Əliyev aprelin 18-də Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib: "Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm", - təbrik məktubunda deyilir.

Dövlətimzin başçısı bildirib ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. 

Mədəniyyətlərin və dinlərin qovuşduğu tarixi məkan olan Azərbaycanda əsrlərin sınağından çıxmış, formalaşmış multikulturalizm və tolerantlıq ənənələri mövcuddur. Sevindiricidir ki, dili və dini ayrı olan xalqlar yüz illər əvvəl olduğu kimi, bu gün də bir ailə kimi dostluq, mehribanlıq və sülh şəraitində yaşayır, ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər.

Respublikamızda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi məqsədilə ardıcıl və uğurlu işlər həyata keçirilir. Dövlətimizin başçısının Azərbaycanın pravoslav xristian icmasına məktubunda vurğuladığı kimi: "Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir".

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər".

Dövlətimizin başçısı Pasxa bayramının yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirdiyini qeyd edərək xoş arzularını bildirib: "Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram".

Müstəqil respublikamızda yaşayan bütün xalqlara və etnik qruplara öz dini ayinlərinin icrasına şərait yaradılır, dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətidir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam həmrəyliyi ili" elan edilməsi də bunun bariz nümunəsidir.

Beynəlxalq aləmdə nüfuzunu gündən-günə gücləndirən, bütün sahələrdə uğurlara imza atan Azərbaycanın, eyni zamanda multikultural mühitin təmin olunması, tolerantlıq ənənələrinin qorunması ilə tanınması dünyaya nümunədir. 

Prezident İlham Əliyev ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini həmişə yüksək qiymətləndirir. Dövlətimizin başçısı çıxışlarının birində Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşamasını, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamasını bizim böyük sərvətimiz kimi dəyərləndirib: "Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq".

Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələri bu ölkəni necə böyük məhəbbətlə sevdiklərini, onun suverenliyi uğrunda canlarından keçməyi özlərinə böyük səadət, şərəf bildiklərini 2020-ci ildə baş verən Vətən müharibəsində bir daha nümayiş etdirdilər. Bu misilsiz sevgi, təəssübkeşlik, birlik, həmrəylik ölkəmizi 44 gün ərzində böyük Zəfərə çatdırdı. Dövlətimizin başçısı İlham Əliyrvin sözləri ilə desək, "...Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır".

Tarixən sahib olduğu, bu gün də çox böyük həssaslıqla qorunub saxlanılan, davam etdirilən tolerantlıq və multikulturalizm ənənələri ölkəmizə bundan sonra da böyük uğurlar qazandıracaq.


Zöhrə FƏRƏCOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Araz-2025” birgə təlimi davam edir

21:12
20 May

İspaniya Deputatlar Konqresinin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

21:11
20 May

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib  

21:10
20 May

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

21:09
20 May

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilib

20:23
20 May

Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfələr verir  

20:21
20 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

19:08
20 May

Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb  

18:53
20 May

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir  

18:52
20 May

ASK: Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən sahibkarların 5,2 faizi qadınlardır  

18:19
20 May

Azərbaycan və Qazaxıstanın qadın sahibkaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb  

18:17
20 May

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər

18:14
20 May

Rusiya XİN USAID-i sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərdə ittiham edib  

18:12
20 May

Plenar iclasın iştirakçısı: Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir  

18:10
20 May

Andre Xaçaturyanın adı ABŞ tərəfindən Rusiya ilə dəyişdiriləcək məhbusların siyahısına daxil edilməyib  

18:08
20 May

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Goranboyda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

18:06
20 May

Plenar iclasın iştirakçısı: Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir  

18:05
20 May

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

18:05
20 May

Sabah hava yağmursuz olacaq

18:03
20 May

Romualdo Conem: Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik  

18:00
20 May

Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir

17:59
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!