“The National Interest” jurnalında “Cənub qaz dəhlizi”nin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə dərc edilib
Amerikada çıxan "The National Interest” jurnalında "İrs Fondu” yanında Ellison adına Xarici Siyasi Araşdırmalar Mərkəzinin direktoru Lyuk Koffinin və Vaşinqtondakı Xəzər Siyasi Mərkəzinin direktoru Əfqan Niftinin məqaləsi dərc edilib.
AZƏRTAC-ın yaydığı xəbərdə bildirilir ki, məqalədə Transxəzər qaz kəmərinin imkanlarından bəhs edilir. Müəlliflər yazırlar ki, Cənubi Qafqazda birinci enerji boru kəməri hələ 1906-cı ildə fəaliyyətə başlayıb. Xəzər dənizi sahilindəki Bakı limanını Qara dənizdən Batumi limanı ilə birləşdirən həmin boru kəməri layihəsi üçün istifadə edilmiş borular Mariupolda (Ukrayna) hazırlanırdı. Bu fakt geniş bir regionda mövcud olmuş və hələ də üstünlük təşkil edən qarşılıqlı əlaqələrin möhkəmliyinə sübutdur.
Müəlliflər yazırlar ki, diametri cəmi 20 santimetr olan həmin boru kəmərindən ağ neftin nəql edilməsi üçün istifadə olunurdu. İndi o vaxtdan bir əsrdən çox keçəndən sonra həmin boru kəmərinin əvəzinə Orta Asiyanı Avropa ilə birləşdirən müasir qaz və neft kəmərləri şəbəkəsi qurulub. Lakin regionda istifadəyə verilmiş və hələ tikilməkdə olan bütün boru kəmərlərini nəzərə aldıqda belə, daha bir mühüm tərkib hissə çatışmır. Transxəzər qaz kəməri təbii qazın Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil.
Transxəzər boru kəməri Avropanın enerji landşaftını dəyişdirə bilər. Son hesablamalara görə, Xəzər regionunda 292 trilyon kub fut təbii qaz var. Bu o deməkdir ki, Xəzər regionu dünyada ən zəngin ehtiyatlara malik olan regiondur. Azərbaycan 2018-ci ilin ortalarında Transanadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə qaz nəql etməyə başlayıb və gələn il Transadriatik qaz kəməri vasitəsilə İtaliyaya nəql etməyə başlayacaq. "Cənub qaz dəhlizi”nin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, gələcək Transxəzər qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq. Transxəzər qaz kəməri Avropa ölkələrinin digər təchizatçıların inhisarından asılılığını da azalda bilər. Üstəlik, keçən il beş Xəzəryanı ölkə tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya boru kəmərlərini yalnız layihədə iştirak edən ölkələrin razılığı ilə çəkməyə imkan verir ki, bu da öz növbəsində yeni imkanlar yaradır.
Lakin Koffi və Niftinin fikrincə, Transxəzər boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində Azərbaycanın və Türkmənistanın offşor yataqları arasında interkonnektor tikilməsi məsələsini həll etməlidirlər. Gələcəkdə interkonnektorlardan istifadə etməklə Qazaxıstanın qaz yataqlarının da bu kəmərə qoşulması variantları öyrənilməlidir, çünki Qazaxıstanın bəzi yataqları kommersiya baxımından rentabelli sayıla bilməz, onlar kifayət qədər yaxın yerləşir.
Türkmənistan və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən interkonnektorun uzunluğu cəmi 60 mil olacaq və onun tikintisinə cəmi 500 milyon dollar xərc çəkmək lazım gələrdi. Müqayisə üçün bildirək ki, bütün Transxəzər boru kəmərinin tikintisinə təqribən 1,5 milyard dollar lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait yaradan böyük nailiyyət olardı.
Transxəzər boru kəmərinin tikintisinin başa çatdırılması Birləşmiş Ştatlar üçün də bir sıra üstünlüklər yaradacaq. Maraqlıdır ki, Tramp administrasiyasının bəzi nümayəndələri bu faktı indidən etiraf edirlər. Prezident Tramp bu yaxınlarda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova Novruz bayramı münasibətilə göndərdiyi məktubundan yazırdı: "Ümidvaram ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu müəyyən ediləndən sonra Qərbə qaz ixracı üçün yaranmış yeni imkanlardan istifadə edə biləcək”. Transxəzər boru kəmərinin Birləşmiş Ştatlar üçün ən aşkar üstünlüyü ondan ibarətdir ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini artıracaq.
Koffi və Nifti öz məqalənin sonunda yazırlar ki, Tramp administrasiyası "Cənub qaz dəhlizi” və Transxəzər boru kəməri kimi alternativ mənbələrdən qaz təchizatı layihələrinin həyata keçirilməsini dəstəkləməlidir. Tramp administrasiyası bu məsələdə 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin reallaşdırılması məsələsində Bill Klinton administrasiyasının nümayiş etdirdiyi kimi qətiyyətli olmalıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!