Təzə kitabları necə tapaq?
Hörmətli redaksiya, kitab həvəskarıyam. İllər boyu şəxsi kitabxana düzəltmişəm. İstər Azərbaycan, istərsə də rus dillərində olan xeyli ədəbiyyat toplamışam. Neçə ilin bəzi qəzet və jurnalları da qalır məndə.
Amma indi təzə çıxan kitablardan xəbər tuta bilmirəm. Hər hansı əsəri əldə etmək müşkül problemdir. Bir də görürsən ki, ən ciddi yazarlar ya öz əsərlərini kimə gəldi pay verir, ya da kitabları qoltuqlarına vuraraq qapı-qapı gəzməli olurlar. Kitab əsl oxucusuna çatmır. Xüsusən bölgələrdə bu sahədə vəziyyət daha çətindir. Mövcud kitab mağazalarının binaları çoxdan özəlləşdirilərək sənaye, yaxud təsərrüfat mallarının satışı obyektlərinə çevrilib.
Bir zaman kitab satışının vahid sistemi var idi. İndi bu məsələ, demək olar, tamamilə sıradan çıxıb. Təzə kitablar haqqında məlumatı necə əldə etmək, onları haralardan, hansı yolla tapmaq olar? Bəlkə Mədəniyyət və Turizm Nazirliyi bu sahədə müəyyən bir iş görə bilər? Axı onun bir sıra obyektləri, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası mövcud qanuna görə yeni nəşr olunan ədəbiyyatın məcburi nüsxələrini alırlar. İstər milli kitabxana, istərsə də kitabxana kollektoru məlumatların yerlərə çatdırılması üçün müəyyən iş görə bilərlər.
Yaxud respublikada məlumat-satış məqsədilə vahid kitab mərkəzi yaradılsın. Azərbaycan Milli Kitabxanası ilə birlikdə "Yeni nəşrlər" bülletenləri hazırlanaraq ya mətbuatda dərc edilsin, ya da ki, bölgələrdəki kitabxana şəbəkələrinə paylanılsın. Həmin mərkəzin nəzdində "Poçt ilə kitab" satış sistemi təşkil edilməsi də pis olmaz. Beləcə, hər hansı ədəbiyyat barədə məlumat əldə etməklə yerlərdəki oxucular abunə yolu ilə həmin kitabları sifariş də verə bilərlər. Nəhayət, həm öz kitablarını tində-bucaqda satmağa çalışan yazarların işi düzələr, həm də yerlərdə gözü yolda qalan kitab həvəskarları istədikləri ədəbiyyatı əldə etmiş olarlar.
Bəlkə daha münasib yol tapmaq mümkündür, əlaqədar nazirlik və təşkilatların səriştəli mütəxəssislərinin daha səmərəli ideyaları mövcuddur. Vacib olansa problemin həllidir.
Səidə CABBAROVA,
Göygöl Rayon Suvarma Sistemləri İdarəsində kadr üzrə inspektor
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!