Televiziyalarda təbiətə sevgi, qayğı aşılayan maarifləndirici verilişlər niyə yoxdur?
Ekologiyanın çirkləndirilməsindən, təbiətdə tarazlığın pozulmasından, bioloji və zooloji ünsürlərin lüzumsuz yerə məhv edilməsindən bütün dünya narahatdır. Bəşər övladı onu həyata gətirmiş və yaşaması üçün bütün nemətləri ixtiyarına vermiş təbiəti acımadan istismar edir.
Nədən? Yəqin, təbiəti yetərincə sevmir, qədir-qiymətini layiqincə bilmirik. Azərbaycanda da təbiətə münasibət arzu olunan səviyyədə deyil. Bakının min-bir zəhmətlə ərsəyə gətirilmiş yaşıllıqları kommersiya maraqlarına, obyekt hərisliyinə qurban getməkdədir. Cəzalar sərtləşdirilsə də, bu prosesin qarşısını tamamilə almaq mümkün olmur: təbiətə, yaşıllığa qarşı eyni rəngli əsginasa sevgi daha güclüdür. Əgər dünyanı gözəllik xilas edəcəksə, gözəlliyi də sevgi qorumalıdır.
Təbiəti uşaq və yeniyetmələrə, gənclərə, bəzən isə yetkin insanlara sevdirmək lazımdır. Özü də davamlı, fasiləsiz, bütün həyat boyu: ailədə, məktəbdə və cəmiyyətdə. Şübhəsiz, bu missiya təsirli imkanlara malik mətbuata, xüsusilə də televiziyalara aiddir.
Keçmişdə Azərbaycan dövlət televiziyasında hamının - təkcə uşaqların deyil, böyüklərin də maraqla izlədiyi , əvvəlcə “Təbiətin keşiyində”, sonra “Təbiəti sevənlər” adlı bir veriliş yayımlanırdı. 40 ilə yaxın efir həyatı sürmüş verilişin aparıcısının - Qara müəllimin adını eşidən və o dövrü yaşamış hər kəs hörmətli bioloqun yumşaq səsini, təbiətə, canlı aləmə məhəbbət dolu söhbətlərini daxilən bir daha xatırlayır. O səsə, o təbiətə vurğunluğa indi necə də böyük ehtiyac var. Yeri görünür o verilişin. Özü də, çox! Qara Mustafayevin Mirəli Axundovla birgə apardığı və misilsiz maarifləndirici, tərbiyəvi dəyərə malik “Təbiəti sevənlər” verilişinin indi televiziyalarda bir analoqu, oxşarı yoxdur! Belə proqramlara həsrət qalmışıq. Niyə? Bu sualın cavabı ilə yanaşı, nə zaman bu boşluğun doldurulacağını da bilmək istərdik.
Ekologiya və Təbii Sərvətlər , eləcə də Mədəniyyət və Turizm nazirlikləri heç də imkansız qurumlar deyillər. İstəsələr birbaşa və ya dolayı maliyyə dəstəyi verməklə, yəni müasir televiziya anlayışı ilə - sponsor təşkil etməklə belə bir verilişi yenidən ərsəyə gətirə bilərlər. Bu yaxınlarda qəzetinizdə Mədəniyyət və Turizm Nazirliyinin televiziya verilişlərinin keyfiyyətcə inkişafı naminə veriləcək təklifləri dəstəkləməyə hazır olduğunu oxudum. Buyursunlar, bu da təklif: “Təbiəti sevənlər” verilişinin qaytarılmasına əməli işlə nail olsunlar. Efirdəki boşluqlardan birini doldursunlar. Məgər buna mane olacaq, əngəl törədəcək nə isə var? Yaxud bu, onların səlahiyyət və imkanları xaricindədir? Bizcə, xeyr - istəsələr bunu edə bilərlər!
Fikrimizcə, biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Qara müəllim bu təklifin reallaşması üçün əlindən gələn köməyi, mənəvi dəstəyi, məsləhəti əsirgəməz. Yetər ki, istək və iş görməyə təpər olsun...
E. HƏSRƏTLİ,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!