Tələbat çox olan ixtisasa yiyələnməyin üstünlüyü də çoxdur
Biz fərqli zamanda yaşayırıq. Məsələn, ötən əsrin gəncliyi sovet təhsili alıb, romantik, ümumsovet ideyaları ilə yaşayıblar, çoxu kommunist ideyalarının tərənnümçüsü olub. İnsan fərd kimi arxa planda qalıb. İndi müstəqil dövlətimiz, sərbəst xarici və daxili siyasətimiz var. Atalarımız, babalarımız bu azadlıq uğrunda savaşlardan keçiblər. Artıq 20 ildən çoxdur ki, azad düşüncəli ölkənin vətəndaşlarıyıq. Əvvəllər olduğu kimi kiməsə böyük qardaş demirik. Öz müqəddəratımızı özümüz həll edirik, özümüz qərar veririk. Odur ki, bizim yolumuz babalarımızın, atalarımızın yolundan daha asandır. Gələcəkdə ölkəmiz üçün faydalı və bilikli mütəxəssis kimi yetişmək üçün qarşımızda böyük imkanlar mövcuddur.
Mən 1 nömrəli Sumqayıt şəhər tam orta məktəbində oxuyanda hərə öz gələcək arzusundan söhbət açardı. Sinif yoldaşlarımın çoxu texniki fənnlərə üstünlük verər, mənimsə xarici dili seçəcəyimi düşünürdülər.
Ölkəmizdə xeyli təhsilli müəllim də var, həkim də. Atam konservatoriyanı bitirib, anam isə xarici dil müəllimidir. Peşə seçimi ilə bağlı internet resurslarında axtarışlar aparanda başa düşdüm ki, seçdiyim ixtisas həm məni qane etməli, həm də ona elə tələbat olmalıdır ki, ali məktəbi bitirdikdən sonra işsiz qalmayım, yüksək maaşım, perspektivlərim olsun. Turizmin ölkəmizdə sürətlə inkişaf etməsini və bu sahədə mütəxəssislərə olan böyük ehtiyacı nəzərə alıb Azərbaycan Turizm İnstitutunun turizm və hotel işi fakültəsini seçdim. Qəbul imtahanında 616 bal yığdım. İndi burada ingilis dilində təhsil alıram və həm də bildiyim digər dillər üzərində çalışıram. Bilirəm ki, burada öyrəndiyim dil bilgiləri gələcək karyeramı qurmaq üçün həddən ziyadə zəruridir. Aldığım biliklər mənə həyatda arzularımı reallaşdırmağa, bacarıqlı mütəxəssis kimi yetişməyə kömək edəcək. Bilik nə qədər dərin və mükəmməl olarsa, insan da həyatda qarşısına çıxan maneələri bir o qədər asanlıqla dəf edər.
Sara RƏCƏBLİ,
Azərbaycan Turizm İnstitutunun tələbəsi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!