17 Oktyabr 2023 10:40
2041
Mədəniyyət
A- A+
Təlatümlər içində keçən ömür...

Təlatümlər içində keçən ömür...

 

Azərbaycan ədəbiyyatında yaradıcısı olduğu mənsur şeir janrının ustası kimi tanınır. Eyni zamanda oxucular tərəfindən maraqla qarşılanan oçerk, povest və hekayələrin müəllifidir. Bədii əsərlərinin mövzuları da fərqlidir. 
Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun bədii qəhrəmanları həyatın enişli-yoxuşlu yollarında çətin sınaqlarla üzləşmiş insanlardır. Doxsan ilə yaxın ömür sürmüş yazıçının özü də həyatı əzab-əziyyətlər, keşməkeşlər, təlatümlər içərisində keçmiş ömür yolu ilə onlardan geri qalmır...

 

"Dönməzlər"dən biri...

 

Gülhüseyn Hüseynoğlu imzası ilə tanınan Gülhüseyn Hüseyn oğlu Abdullayev 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya gəldi. Ailəsi ilə birlikdə Bakıya köçəndə üç yaşındaydı. Paytaxtda təhsil almağa başladı. 1942-ci ildə orta məktəbi bitirdi. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi əmək fəaliyyətinə başladı. 1945-1947-ci illərdə "Ədəbiyyat qəzeti" redaksiyasında, 1947-1948-ci illərdə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində çalışdı.
Bədii əsərləri dərc olunmağa başlayanda da o, hələ tələbəydi. 1944-cü ildə "Ana" adlı ilk hekayəsi, 1946-cı ildə isə "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeiri işıq üzü gördü. Ədəbi yaradıcılığını davam etdirdi. Özünəməxsus üslubu, dəstxəti ilə seçilməyi, tanınmağı bacardı.
Ali təhsilini başa vurduğu il - 1947-ci ildə universitetin aspiranturasına qəbul oldu. Həm elmi, həm də bədii yaradıcılıqla məşğul olmaq üçün istedadı, sonsuz arzuları, tükənməz enerjisi vardı. Ancaq qəlbində bir fırtına dolaşırdı... Gülhüseyn Hüseynoğlu tələbə vaxtı - 1942-ci ildə sovet rejimi ilə mübarizə və Azərbaycanın müstəqilliyi naminə yaradılan antisovet "İldırım" təşkilatının qurucularından və ən fəal üzlərindən biri idi. Təşkilat həmçinin 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilən, güllələnən yazıçıların işinə yenidən baxılması, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq məsələlərini də məqsədinə çevirmişdi. Gülhüseyn Hüseynoğlu "İldırım" təşkilatının daxilində yeganə yazıçı olaraq, xalq içində təbliğat işi aparmalı idi.
Təşkilatın üzvləri bir müddət sonra şair Səməd Vurğuna məktub yazmaq qərarına gəldilər. Adı məşhur sovet şairləri sırasında çəkilən azərbaycanlı şairdən "İldırım" təşkilatına qoşulmasını istəyirdilər. Məktubu  Gülhüseyn Hüseynoğlunun diktəsi ilə İsmixan Rəhimov çap hərflərinə bənzər xətlə yazdı. İmzaları isə "Dönməzlər" oldu. Əlyazması ilə olmadığından ələ keçə biləcəyi halda məktubun onları ələ verməyəcəyinə ümidləri vardı. Ancaq məktub təhlükəsizlik xidmətinə çatdırıldıqdan sonra belə olmadı...
1945-ci ildə bütün ali məktəblərdə tələbələr özləri də bilmədən yoxlama yazı işi adı ilə, əslində, istintaqa çəkildilər. Sovet İttifaqında o vaxtlar Xəttatlıq elmi yaxşı inkişaf etmişdi. Odur ki, İsmixan Rəhimovun xəttini minlərlə tələbə arasından seçmək mümkün oldu. Doqquz ay izlədikdən sonra onu həbs etdilər və işgəncə dolu sorğu-suallara başladılar. İsmixan Rəhimovdan sonra Gülhüseyn Hüseynoğlu və təşkilatın digər üzvləri də həbs edildilər. Cəzaları ağır oldu. Məhkəmənin qərarı ilə "İldırım" təşkilatının üzlərindən üçünə - İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və Hacı Zeynalova güllələnmə hökmü verildi. Taleləri üzlərinə güldü, hökmdən bir qədər əvvəl SSRİ-də ölüm cəzası müvəqqəti ləğv olunmuşdu. Onlara verilən güllələnmə hökmü iyirmi beş il həbslə əvəz olundu. Təşkilatın həbsdə olan digər üzvlərinə isə on il həbs cəzası verildi.

 

Unudulmazlıq ünvanı

 

Ölkədə şəxsiyyətə pərəstiş dövrünün davam etdiyi ağır günlərdə iyirmi beş il həbs cəzası almış Gülhüseyn Hüseynoğlu Sibirə sürgünə göndərildi. Vətəninin azadlığını arzulayan, ədalətin bərqərar olunmasına çalışan gənc yazıçının ağır məhkumluq həyatı başladı. Əli qələm tutmalı, bir-birindən maraqlı əsərlər yazmalı ikən, Tayşet və Bodaybo arasında ağac kəsməli oldu. Həbsxanada sıxıntılar içərisində keçib gedən illərində o, yazmaq imkanından məhrum idi. Əzab-əziyyət içərisində ötüb gedən günlərinin xatirələrini yaddaşına küçürürdü.
Stalinin ölümü ilə şəxsiyyətə pərəstiş dövrü başa çatdı. Bir çox məsələ kimi "İldırım"çıların da işinə yenidən baxıldı. 1955-ci ilin mayında onlar doğma ocaqlarına geri dönə bildilər.
Gülhüseyn Hüseynoğluna 1956-cı ildə tam bəraət verildi. Həyatı yenidən məcrasına düşdü. Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa olundu. 1957-ci ildə bu universitetdə pedaqoq kimi işə başladı. O vaxtdan müəllimlik çoxşaxəli  fəaliyyətində əhəmiyyətli yerlərdən birini tutdu. Gülhüseyn Hüseynoğlu universitetin Filologiya fakültəsində Müasir Azərbaycan Sovet ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışdı. 
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Sonralar Azərbaycan Yazıçılar İttifaqının V qurultayından ömrünün sonunadək birliyin idarə heyətinin üzvü oldu və nəsr bölməsinə rəhbərlik etdi. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında birliyin nəsr bölməsinin rəhbəri seçildi. 
Gülhüseyn Hüseynoğlu istedadlı şair, yazıçı olmaqla bərabər, həm də bacarıqlı, zəhmətkeş, cəfakeş ədəbiyyatşünas idi. Ədəbiyyatşünas alim Gülhüseyn Hüseynoğlu Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. O, böyük bir sevgi ilə, vurğunluqla Mikayıl Müşfiq irsini tədqiq edirdi. İstedadlı şairin cavan yaşında sovet repressiyasının qurbanı olmasına təəssüflənir, adı çəkiləndə gözləri dolurdu. 
Otuza yaxın kitabı çap edildi. Yazıçının "Nigarançılığın sonu", "Ay nur çiləyəndə", "Mənsur şeirlər", "İtmiş keçi", "İnsan", "Gözəl", Sübh çağı", "Mücrü", "Seçilmiş əsərləri", "Ömrümüz boyu", "Qatar gedir", "Çətin yol", "Yana-yana", "Məhəbbətdirmi bu?", "Müşfiqin yolu", "Müsfiq", "Etiraf", "Bir ömrün çıraqları" adlı bədii kitabları, monoqrafiyası, dərs vəsaiti və yüzlərlə elmi-publistik məqaləsi geniş oxucu kütləsinə təqdim edildi. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olundu.
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, fəxri ada layiq görüldü.
Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat etdi. Yaddaşlardan silinməyən xatirələri, maraqla oxunan bədii əsərləri, dəyərli faktlarla zəngin elmi əsərləri adını, imzasını  unudulmaz etdi. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!