Təhsil Nazirliyində regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunan müşavirə keçirilib
Təhsil Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə son 14 ildə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.
C.Bayramov qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə məlumat verib. Qeyd edilib ki, son illər reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3.104 məktəbdən 2.826-sı regionların payına düşür. O cümlədən ötən il ölkəmizin 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz edilib. Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa ediləcək.
Bildirilib ki, son illər ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə məktəbəqədər təhsilin əhatə dairəsi daha da genişləndirilib. Təhsil Nazirliyi bütün ölkə ərazisində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən məktəbəhazırlığın əhatəliliyinin genişləndirilməsini prioritet hesab edir. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.
Diqqətə çatdırılıb ki, beynəlxalq PIRLS qiymətləndirilməsində azərbaycanlı şagirdlərin nəticələrinin 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472 bala yüksəlib, bu il PISA beynəlxalq qiymətləndirilməsi keçiriləcək. İstedadlı uşaqların aşkar edilməsinin önəmini vurğulayan C.Bayramov bildirib ki, həmin şagirdlərlə işin təşkili üzrə olimpiadalara hazırlıq mərkəzləri fəaliyyətə başlayıb, beynəlxalq olimpiadalarda qazanılan medalların sayı çoxalıb. Sevindirici haldır ki, beynəlxalq olimpiadalarda son dörd ildə qazanılan 116 medalın 58-i region məktəblərinin payına düşür. Son illərdə respublika fənn olimpiadalarına maraq xeyli artıb. Belə ki, ötən il respublika fənn olimpiadalarının birinci mərhələsində 30 minədək şagird iştirak edib. Olimpiadalarda qazanılan medalların 55 faizi bölgə məktəblərinin payına düşüb ki, bu da təhsilin inkişaf dinamikasında regionların göstəricilərinin əhəmiyyətli artımından xəbər verir. Bu il isə bilik yarışına 33 mindən çox şagird qatılıb.
Vurğulanıb ki, bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil müəssisələrində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Müşavirədə Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəisi Anar Axundov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov çıxışlarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhatə etdiyi dövr üzrə regionlarda pedaqoji kadr təminatı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən söz açıblar.
Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran E.Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6 minədək müəllimin 3 mindən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb.
C.Bayramov müşavirənin işini yekunlaşdıraraq Prezident İlham Əliyevin konfransdakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2018-ci il üçün Fəaliyyət Planının hazırlanması, habelə təhsilin keyfiyyət göstəricilərinin daha da artırılması ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!